Azərbaycan şirkəti Türkiyədə 50 faizədək endirimlə müalicə təklif edir - RAZILAŞMA
(®) 2016-cı ildə Azərbaycanda rəsmi qeydiyyata alınan “YASHA Group” hazırda Türkiyənin İstanbul şəhərində fəaliyyətini davam etdirməkdədir.
“Yaşamağa Dəyər” sloganı ilə işə başlayan şirkət xoşbəxt yaşam üçün gərəkli olan önəmli dəyərləri özünün xidmət sahəsinə daxil etmişdir. Bu sırada YashaMed –medikal turizm xidməti daha çox müraciət olunan sahədir.
“YASHA Group” özünün “YashaMED” xidməti ilə Türkiyədə yüksək texnologiyaya sahib və ən keyfiyyətli sağlıq xidmətini hər büdcəyə uyğun qiymətlərlə təqdim etməyi hədəfləyən xəstəxana və tibb mərkəzləri ilə müqavilələr bağlamışdır. Belə ki, müqavilələrin şərtlərinə görə həmin tibb ocaqlarına birbaşa müraciət edən xəstələrdən fərqli olaraq, “YaşaGroup” xətti ilə gələn bütün pasientlər üçün xidmətlər, müayinə, əməliyyat, müalicə qiymətlərinə 5, 10, 25, 50 faiz həcmində endirimlər edilir. Endirimlər xəstəxanalara görə dəyişir.
Şirkət Türkiyənin 150-dən çox akkreditasiyadan keçmiş tibb müəssisəsi, o cümlədən “Memorial”, “MedikalPark”, “LivHospital”, “Acıbadem” xəstəxanaları, “İstanbul Qastroenteroloji Tibb Mərkəzi”, “Kadıoğlu Xəstəxanası”, “Amerikan Xəstəxanası”, “Florence Nightingale Xəstəxanaları” şəbəkəsi, “Ota Jinemed, Humanite Psixiyatriya Tibb Mərkəzi”, “DünyaGöz”, “İstinye Universiteti Xəstəxanası”, “EuroFertil” süni mayalanma mərkəzi, “Academic Hospital”, məşhur dental klinikalar, plastik cərrahiyyə mərkəzləri, seçilmiş laboratoriya və görüntüləmə mərkəzləri, onkoloji və terapiya mərkəzləri, eləcə də tanınmış ortopediya və travmatologiya - onurğa cərrahı professor dr. Akın Uğraş, dr. Taner Bekmezçi, süd vəzi xərçəngi sahəsində Azərbaycanda da məşhur olan cərrah Dr. Hamdi Koçer, qadın xəstəlikləri və doğum uzmanı Evrim Aksoy, Avropa Üz Plastik Rekonstruktiv Cərrahi Heyətin üzvü, dünyaca məşhur qulaq-burun-boğaz həkimi, rinoplastika uzmanı op. dr. Abdülkadir Göksel və başqa dəyərli həkimlərin özəl klinikaları ilə əməkdaşlıq edir.
Müraciət edən şəxslər şirkətin – hava limanında qarşılama, müalicə prosesi müddətində tərcüməçi-asistent, oturum vizası, hoteldə yerləşdirmə və s. xidmətlərdən ibarət Standart və VİP paketlərindən faydalana bilərlər. Paket xidməti almadan müraciət edənlər üçün də endirimlər qüvvəsində qalır.
Daha ətraflı məlumat üçün www.yasha.az saytına, şirkətin sosial şəbəkələrdəki korporativ səhifələrinə, WhatsApp (+90 553) 909 13 00 nömrəsinə müraciət edə bilərsiniz
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















