Vergilər, içkilərin istehsal həcminin 5 dəfə az göstərildiyini üzə çıxarıb
“Vergi orqanlarının sahibkarlıq subyektlərində yoxlamaların sayının azaldılması da daxil olmaqla bir sıra çağırışlar işgüzar dairələrdə müsbət qarşılanıb”.
Bunun qurumun yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov bildirib.
“Bu çağırışları qəbul edib, öz uçot sistemini yenidən diaqnostika edərək fəaliyyətini şəffaflaşdıran sahibkarlar da olub, keçid ilində “yoxlamalar yoxdur” deyərək əvvəlkindən daha sərbəst şəkildə qanunları pozmaq və vergidən yayınmaq istəyənlər də. Təbii ki, bu çağırışların hamı tərəfindən eyni cür qəbul ediləcəyini gözləmirdik. Keçid ilinin mahiyyəti o demək deyildir ki, həmin ildə sahibkarlar qanunu istədikləri kimi poza bilərlər. Əksinə, riskli sahələrdə vergi nəzarəti tədbirlərini daha da gücləndirmişik”, - deyə o, qeyd edib.
“Məsələn, alkoqollu içkilərin istehsalı və aksizsiz tütün məmulatlarının dövriyyəsinə qarşı mübarizə tədbirlərini göstərmək olar. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18% təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5%-ə düşüb. Bundan başqa, cari ilin avqustun 1-dən alkoqollu içkilərin istehsalı ilə məşğul olan əsas müəssisələrdə aksiz postları qurularkən məlum oldu ki, tünd içkilərin istehsalının həcmi 5 dəfə azaldılırmış.
Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalı, saxta aksiz markalarından istifadə və aksiz markası olmadan məhsul istehsalı və s. kimi hallar çox geniş yayılmışdı. Aparılan tədbirlər nəticəsində bu sahədə məhsulların dövriyyəsinin şəffaflaşması, aksizlərdən düzgün istifadə istiqamətində ciddi dönüş yaranıb. Lakin təəssüflə qeyd edirəm ki, bu cür qanun pozuntuları digər sahələrdə də mövcuddur”, - deyə nazirlik rəsmisi əlavə edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























