TuranBank 24 saat ixtiyarınızda!
(®) TuranBank-ın “Yasamal” filialı artıq həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərəcək.
Son dövrlərdə ölkəmizdə turizmin inkişafı və turistlərin ölkəmizə marağının artması fonunda bank xidmətlərinə olan tələbat kəskin artmışdır. Bununla əlaqədar, həmçinin, iş saatlarında bank xidmətlərindən istifadə edə bilməyən vətəndaşların ehtiyaclarını nəzərə alaraq və bankımıza olan müştəri məmnuniyyətinin artırılması məqsədilə, TuranBank ASC-nin Bakı şəhəri, Nizami küçəsi, bina 53 ünvanında yerləşən “Yasamal” filialının iş rejimi dəyişdirilərək 24 saatlıq tam fasiləsiz iş rejiminə (24/7) keçirilib.
Yeni iş rejiminə əsasən filial iş günləri 09:00–17:30 saatları aralığında adi iş rejimində, 17:30–09:00 saatları aralığında isə məhdud iş rejimində fəaliyyət göstərəcək. Məhdud iş rejimində (saat 17:30–09:00) filialda təqdim ediləcək xidmətlərə- valyuta mübadiləsi, sürətli pul köçürmələri, kommunal ödənişləri, kredit ödənişləri (mədaxil), cari hesaba mədaxil, pos-terminal əməliyyatları, plastik kartların təhvil verilməsi kimi əməliyyatlar daxildir.
Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.
Instagram - @turanbank
Facebook - @TuranBankASC
Linkedin - @TuranBank

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























