Azərbaycanın Gürcüstana investisiyaları 2 dəfədən çox azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 169,8 mln. ABŞ dolları məbləğində investisiya yatırıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Azərbaycanın qonşu ölkə iqtisadiyyatına qoyduğu investisiyaların məbləği 2018-ci ilin I rübündə 56,2 mln. dollar, II rübündə 80,5 mln. dollar, III rübündə isə ilkin hesablamalara görə 33,1 mln. dollar təşkil edib. III rübdə Gürcüstana yatırılmış birbaşa xarici investisiyalarda Azərbaycanın payı 10,3% olub.
Builki sərmayələrin məbləğinə görə, Azərbaycan Gürcüstanın Niderland (139,8 mln. dollar) və Cənubi Koreyadan (38,8 mln. dollar) sonra III böyük investoru olub. İllik müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyaların məbləğində 196,1 mln. dollar və yaxud 53,5% azalma qeydə alınıb.
Cari ilin III rübündə Gürcüstanda birbaşa xarici investisiyaların ümumi məbləği ilkin hesablamalara əsasən, 322,6 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 48,2% azdır. Azalmaya əsas səbəb boru kəməri layihələrinin tamamlanması, bəzi şirkətlərdə mülikiyyət hüququnun qeyri-rezidentdən rezidentə transfer olunması və birbaşa qeyri-rezident investorların öhdəliklərinin azalması olub.
Xarici sərmayələrin ən çox yatırıldığı sahələrin ilk 5-liyinə istehsal, nəqliyyat və rabitə, energetika, daşınmaz əmlak, mehmanxana və restoranlar daxildir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























