Özbəkistanın əsas apteklər şəbəkəsini amerikalılar idarə edəcək
Özbəkistanın “Dari-Darmon” əsas apteklər şəbəkəsini bundan sonra amerikalılar idarə edəcək.
Amerika Birləşmiş Ştatlarının “United Investment Healthcare Group LLC” şirkəti ilə Özbəkistanın Dövlət Aktivlərinin İdarə Edilməsi Mərkəzi arasında bağlanan müqaviləyə əsasən, amerikalılar bu sahədə müasir menecment sistemi, informasiya texnologiyaları tətbiq etməyi və mütəxəssislər yetişdirməyi boyunlarına götürüblər.
Müqavilə beş il müddətinə bağlanıb və amerikalılar şirkətin öhdəsinə düşən biznes planı yerinə yetirsə, müqavilənin müddəti daha 5 il də uzadılacaq.
Bu addımı atmaqla özbək tərəfi şəbəkənin səmərəliliyini artırmaq, müasir idarəetmə metodlarının işə düşəcəyinə ümid bəsləyir.
“Dari-Darmon” şirkətinin Özbəkistanda 2200 sosial apteki var. Bu şirkət dövlət tibb müəssisələri üçün narkotik vasitələr və psixotrop dərmanlar gətirən yeganə apteklər şəbəkəsidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
7 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
8 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























