"Palatanın qərarı bizim üçün gözlənilməz olmadı”
Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 9 kredit ittifaqının lisenziyasını ləğv etməsinə münasibət bildirib.
Assosiasiyanın sədri Cəlil Süleymanov açıqlamasında Palatanın qərarının onlar üçün gözlənilməz olmadığını deyib.
“Həmin 9 kredit ittifaqından 4-ü - Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Şəki şəhərindəki “Göyçə” və “Nicat” kredit ittifaqları AKİA-nın üzvləridir. Bildiyim qədər həm onlar, həm də Assosiasiyaya üzv olmayan digər 5 kredit ittifaqı maliyyə problemi ilə əlaqədar 3 ildən çoxdur ki, faktiki fəaliyyətsizdirlər. Yəni, bu qurumlar kreditləşmə ilə məşğul deyillər, heç maliyyə hesabatlarını da vaxtında, qrafikə uyğun MBNP-yə təqdim etmirlər. Odur ki, son qərar bizim üçün gözlənilməz olmadı”, - deyə o, qeyd edib.
AKİA rəhbəri mikromaliyyə sektorunda bundan sonra da “təmizləmə”nin gedəcəyini, kredit ittifaqlarının sayının daha da azaldılacağını istisna etməyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























