121 süni balıq gölünün fəaliyyəti dayandırılıb
Balıqçılığın inkişafı ölkə iqtisadiyyatına xeyli fayda verə bilər. Ancaq qanunsuz olaraq yaradılan süni balıq göllərinin xeyrindən çox ziyanı var. Bu həm iqtisadi, həm də ekoloji olaraq mənfi fəsadlar törədir.
Belə halların qarşısının alınması üçün ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin fəaliyyəti nəzarətə götürülür.
Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 30 rayon üzrə 537 süni balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Bunların 131-i Salyan rayonunda, 83-ü Neftçalada, 32-si Biləsuvarda, 22-si Hacıqabul rayonunda, qalanı isə digər bölgələrdə aşkar edilib. Müəyyən olunub ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb.
Aparılan monitorinq zamanı qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılıb, cinayət əməlinin əlamətləri aşkar olunan 25 göllə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir:
Sahibkarlar bilməlidirlər ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir. Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.
Qeyd edilməlidir ki, balıq gölünün yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Komitəyə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlara rəy verilir. Komitə tərəfindən inzibati tədbirlərlə yanaşı maarifləndirilmə işləri də aparılır. Bununla bağlı rayonlarda keçirilən görüşlər zamanı sahibkarlar ətraflı olaraq məlumatlandırılırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu


















.jpg)


.jpg)

