Azərbaycan Rusiyadan siqaret idxalını azaldıb, Ukraynadan isə artırıb
Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında 93 mln. 329,97 min dollar məbləğində siqaret idxal edib ki, bu da ötən ilin anloji dövrünün göstəricisindən 15,2% azdır. Bu barədə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycana ən iri siqaret tədarükçüsü Ukrayna olub. Bu ölkədən 76 mln. 492,67 min dolar məbləğində (artım 27,6%) siqaret idxal olunub.
Bundan başqa, 2018-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana 9 mln. 614,2 min dollar (azalma 79,4%) məbləğində siqaret idxal olunub.
Azərbaycana siqaret idxal edən ölkələrdən biri də Belarus olub. 9 ay ərzində Belarusdan 7 mln. 129,1 min dollar (artım 3,3 dəfə) dəyərində siqaret idxal edilib.
Bütövlükdə, respublikaya siqaret tədarükünün 81,9%-i Ukrayna və Rusiyadan idxalın payına düşüb.
2017-ci ildə Azərbaycana 159 mln. 894,81 min dollar məbləğində siqaret daxil olmaqla, 160 mln. 54,33 min dollar dəyərində tütün məmulatları idxal edilmişdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















