“Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu
(®) Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək göstəriciyə nail olub. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı 500 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına baza stansiyalarının sürətlə artımı, 4G SIM və 4G smartfon penertasiyası təsir edib.
Qeyd edək ki, “Nar” 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində internet trafikinin həcmi bu ilin əvvəli ilə müqayisədə 36% artıb.
4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib.
“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke 4G istifadəçilərinin sayının yarım milyona çatmasını böyük uğur adlandırıb: “Faəliyyətə başladığımız vaxtdan bu günə qədər “Nar” olaraq, öz abunəçilərimizə yüksək xidmət göstərməyi və müştəri məmnuniyyətini daim diqqətdə saxlayırıq. Peşəkar komandamızın səyi və abunəçilərimizə göstərdiyimiz yüksək xidmət nəticəsində son 10 ayda 4G istifadəçilərinin sayı Bakı üzrə 2, regionlar üzrə isə 3 dəfə artıb. “Nar” olaraq, uğurlarımız bundan sonra da davam edəcək”.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






