Gömrük rüsumundan yayınan sahibkarların adları açıqlanıb
"Gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır".
DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Buna görə də dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan hüquqi və fiziki şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və görüləcək.
Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
| Xarici iqtisadi fəaliyyət iştirakçısının adı | İnvoysda göstərilən qiymət | Real qiymət | Fərq |
1 | “İmperial Ceramic Centre” MMC | 14545,14 avro | 33400,32 avro | 18855.18 AVRO |
2 | Mamedov Məmməd Oktay oğlu | 62196 ABŞ dolları | 290830 AVRO | 251642.89 ABŞ dolları |
3 | “Prestij-S.E” MMC | 1792.80 ABŞ Dolları | 14566 AZN | 11139.77992 AZN |
4 | Seyidquliyev Rövşən Arif oğlu | 26720 ABŞ dolları | 50050 ABŞ dolları | 23330 ABş dolları |
5 | “Vitol-L Group” MMC | 42000 ABŞ dolları | 88200 ABŞ dolları | 46200 ABŞ dolları |
6 | Abbasov Şənlik Fəxrəddin oğlu | 25896 ABŞ dolları | 55960 ABŞ dolları | 30064 ABŞ dolları |
7 | “Avrosof” MMC | 41890 ABŞ dolları | 75000 ABŞ dolları | 33110 ABŞ dolları
|
8
| LOTOS-2016 MMC” | 31375.4 AZN | 60567.35 AZN | 29191.95 AZN |
Cədvəldən də göründüyü kimi, ümumilikdə 384 min 346,89 ABŞ dolları, 18 min 855,18 avro və 40 min 331,72992 manat vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.
DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
1 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır






.jpg)







.jpg)



