Zəfəran istehsalı ilə bağlı dövlət proqramı hazırlanacaq
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda zəfəran istehsalının genişləndirilməsi ilə bağlı dövlət proqramı həyata keçirməyi planlaşdırır.
Bu barədə açıqlamasında qurumun bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov məlumat verib.
“Hazırda Azərbaycanda zəfərana olan tələbat daha çox İrandan ucuz idxal hesabına ödənilir. Halbuki, yerli məhsulun keyfiyyəti nəinki İranda, hətta İspaniya və İtaliyada yetişdirilən zəfəranın keyfiyyətindən yüksəkdir. Əgər Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə monitorinqlər aparsa, daxili bazardan İranın saxta və keyfiyyətsiz zəfəran yığışdırılsa, yerli fermerlərin məhsullarına tələbat yaranar. Bununla da, nəinki daxili tələbat ödənilər, həm də ixrac hesabına ölkəyə valyuta daxil olar. Bütün bu perspektivləri nəzərə alınaraq zəfəranla bağlı dövlət proqramının hazırlanması, bu sahədə seleksiya və toxumçuluq işlərinin görülməsi nəzərdə tutulub”, - deyə o, qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda ölkədə zəfəran əkini sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır: “Əvvəllər Bakı, Gəncə və Şəkildə 430 hektar ərazidə zəfəran əkilib. Hazırda yalnız Bakının Zirə qəsəbəsində 6,5 hektar ərazidə zəfəran var. Bu rəqəmin 12 hektara çatdırılması nəzərdə tutulub. Bundan başqa, SSRİ dövründə Bakının Bilgəh qəsəbəsində 18 hektar ərazisi olan zəfəran sovxozu var idi. Ondan da 8 hektar qalıb. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəmin nə qədər olduğu məlum deyil. Gələn ildən statistika aparılacaq”.
F.Kərimov onu da qeyd edib ki, gələcəkdə zəfəran istehsalçılarına da subsidiya verilə bilər: “Nazirlər Kabinetinin subsidiya ilə bağlı 103 saylı qərarında zəfəran istehsalının stimullaşdırılması məsələsi yer almayıb. Gələcəkdə bu məsələnin həmin qərara salınmasını təklif edəcəyik. Çünki kifayət qədər vacib sahədir. Zəfərandan 300 adda dərman preparatı hazırlanır. Bunlar əsasən ürək-damar və onkoloji xəstələri üçündür. Həmçinin zəfəran 50-yə yaxın şirniyyat növünün tərkibində istifadə edilir. Bir müddət əvvəl ölkədə zəfəran balını istehsal etməklə bağlı təklif irəli sürülmüşdü. Sözügedən addım reallaşsa, bu, Azərbaycanın brendi ola bilər”.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 gün sonra
-
-
27 d. əvvəl
Dünya bazarında ət qiymətlərində yeni rekord - Bitki yağları da kəskin bahalaşıb
-
44 d. əvvəl
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
-
55 d. əvvəl
Mayın 9-da gözlənilən hava şəraiti - 27 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
- 1 saat əvvəl
-
1 saat əvvəl
ADY Yevlax–Bərdə dəmir yolunun əsaslı təmir işlərinə başlayır
-
2 saat əvvəl
“BTB Bank”dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
-
2 saat əvvəl
“İdeal Kredit” BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib
-
2 saat əvvəl
SALOGLU Mebeldə sonuncu Fabrik Kampaniyasının son tarixi açıqlandı
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Mayın 9-da gözlənilən hava şəraiti - 27 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
ADY Yevlax–Bərdə dəmir yolunun əsaslı təmir işlərinə başlayır
Ən çox oxunanlar
SALOGLU Mebeldə sonuncu Fabrik Kampaniyasının son tarixi açıqlandı
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
ABB-nin Özbəkistanda almaq istədiyi bankın adı açıqlandı
Azərbaycan neftinin son qiyməti
Gediş haqqı 0.60 AZN və 1.00 AZN təşkil edəcək
BOKT yaxın günlərdə Naxçıvanda filialını açacaq






.jpg)
.jpg)






.jpg)









