Xarici satınalma üzrə mütəxəssis tələb olunur
“Mətanət A” şirkəti Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
-Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
-İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;
-Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
-Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
-Razılaşma yolu ilə;
Tələblər:
-Təhsil: Ali (bakalavr);
-Yaş həddi: 25-45;
-Kompüter biliyi: MS Office (Word, Excel);
-Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
-5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
-Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
-Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
-Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
-Satınalma sənədlərini hazırlama qabiliyyəti;
-Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
-Gömrüklə işləmə təcrübəsi;
-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
-Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-CV-ləri [email protected] ünvanına göndərin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 6 d. əvvəl
- 20 d. əvvəl
-
36 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
42 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
51 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış



























