“Bakcell”in direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın telekommunikasiya və innovasiya sahəsinə həsr olunan ən nüfuzlu tədbirlərində fəal iştirak edir.
“Bakcell”in baş icraçı direktoru Nikolai Beckers dünyanın aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri ilə birgə “Total Telecom Congress” beynəlxalq konfransında növbəti dəfə bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Böyük Britaniyanın London şəhərində 30-31 oktyabr tarixlərində keçirilmiş tədbir telekommunikasiya sənayesində strategiyanın hazırlanması, innovasiyaların tətbiq edilməsi və əməkdaşlığın qurulmasına həsr edilib.
Rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün tələb olunan korporativ strategiya və strukturun təkmilləşdirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində çıxış edən Nikolai Beckers, telekommunikasiya sahəsində baş rəqəmsal direktor vəzifəsinin rolunun artması, iş mühitinin proqram təminatı vasitəsilə təkmilləşdirilməsi, rəqəmsal investisiya strategiyaları, yeni əməliyyat modelləri, təcrübəli rəqəmsal xidmət təchizatçılarının məsləhətləri və daxili proseslərin avtomatlaşdırılması barədə danışıb. Paneldə həmçinin “Facebook”un sənaye lideri, texnologiya və telekommunikasiya üzrə direktoru Daniyel Auqsten, “Cable & Wireless” şirkətinin transformasiya üzrə baş direktoru Kristian Rotter, “OTE Group” şirkətinin transformasiya və topdan satış direktoru Yannis Konstantinidis iştirak edib.
Tədbir zamanı Bakcell şirkətinin baş icraçı direktoru “Total Telecom”un YouTube kanalı üçün geniş müsahibə verərək telekommunikasiya şirkətləri üçün rəqəmsal transformasiyanın faydası, müştəri təcrübəsi strategiyaları, təşkilati strukturunun dəyişdirilməsinin vacibliyi və Bakcell şirkətinin növbəti 12-24 ay üçün planları barədə danışıb.
“Bu gün rəqəmsallaşma bütün telekommunikasiya sahəsinin ən vacib mövzularındandır. Fikrimcə, effektiv şəkildə həyata keçirilməsi üçün rəqəmsal transformasiya təşkilatın ayrı-ayrı departamentlərində tətbiq edilməlidir. İlk növbədə, rəqəmsallaşdırma telekommunikasiya şirkətinin əsas fəaliyyət növləri və şəbəkədə başlanılmalıdır. Həmçinin, müştərilərlə təmas zamanı da rəqəmsal alətlərdən istifadə olunmalıdır ki bu proses daha rahat və effektiv tərzdə həyata keçirilsin. Rəqəmsallaşma tələb edən digər sahə isə şirkətin mədəniyyətidir. Ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda şəbəkə və marketinq fəaliyyəti ilə paralel olaraq innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Operatorlar öz əsas fəaliyyət növündə effektiv olmaqla yanaşı daha çevik olmalıdırlar. Rəqəmsallaşma müştərilərin tələb və ehtiyaclarının daha effektiv və operativ şəkildə qarşılanmasında faydalı olacaq. Həmçinin, rəqəmsallaşma yeni bir düşüncə tərzi və təşkilatda çalışan əməkdaşların müasir yanaşmasını tələb edir. Bu isə o deməkdir ki, insanlar daha sərbəst olmalı və qarşılarına konkret məqsədlər qoyulmalıdır”, deyə Nikolai Beckers bildirib.
Müsahibənin tam versiyasını bu linkdən istifadə etməklə “Total Telecom”un YouTube kanalında izləmək olar: http://bit.ly/bakcell
Nikolai Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)







.jpg)







