İri bank yaxında rəqəmsal filialını açacağını bəyan etdi
"Yaxın zamanlarda ilk rəqəmsal filialımızı pilot layihə olaraq müştərilərə təqdim edəcəyik".
"Marja" xəbər veri ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Sədr deyib ki, bank xidmətlərinin rəqəmsallaşması ilə bağlı Kapital Bankın layihələri çoxdur:
"Rəqəmsal bankçılığa keçid — ən mühüm hədəfimizdir. Hazırda biz biznes proseslərin rəqəmsallaşmasına keçidlə bağlı ciddi işlər görürük. Bunun nəticəsində müştərilər bir sıra bank əməliyyatlarını bütün filiallarımızda daha tez və sərbəst şəkildə həyata keçirə biləcəklər. Belə layihələrdən ən mühümü tam rəqəmsal filialın açılışıdır. Yaxın zamanlarda ilk filialımızı pilot layihə olaraq müştərilərə təqdim edəcəyik. Bunun nəticəsində 20-dən artıq əsas biznes proses optimallaşıb. Rəqəmsal filialda müştərilərə avtomatlaşdırılmış terminallar xidmət göstərəcək. Misal üçün, kredit və ya BirKart almaq istəyən müştəri həmin filiala müraciət edib, adlı kartı və ya krediti dərhal əldə edə biləcək. Bundan başqa rəqəmsal filialda müştərilər, ödəniş kartının sifarişi, pul köçürməsi əməliyyatı, əmanət hesabının və ya cari hesabın artırılıb və azaldıla bilməsi, səfirliyə məktubların təqdim edilməsi kimi xidmətlərdən daha tez və sərbəst şəkildə faydalana biləcəklər".
2018-ci ilin üçüncü rübünü yüksək maliyyə göstəriciləri ilə başa vuran Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev nailiyyətlərin əldə olunması və növbəti illər üçün olan strateji hədəflərdən danışıb. Daha ətraflı: “Rəqəmsal bankçılığa keçid - ən mühüm hədəfimizdir"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























