Banklardan biri 4 dəfəyə yaxın daha çox qazandığını açıqladı
“Expressbank” ASC 2018-ci ilin 9 ayını 3 milyon 155 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, ötən ilin eyni dövründə 828 min manat xalis mənfəət açıqlamışdı. Beləliklə, “Expressbank”ın xalis mənfəəti 3,8 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Expressbank”ın faiz gəlirləri 23 milyon 115 min manat, qeyri-faiz gəlirləri 9 milyon 314 min manat təşkil edib. 2017-ci ilin 9 ayında “Expressbank”ın faiz gəlirləri 19 milyon 337 min manat, qeyri-faiz gəlirləri 8 milyon 500 min manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə müştərilərə verilən kreditlər 165 milyon 744 min manatdan 218 milyon 330 min manata yüksəlib.
30 Sentyabr 2017-ci il tarixində 295 milyon 369 min manat təşkil etmiş cəmi aktivlər 30 Sentyabr 2018-ci il tarixində 460 milyon 256 min manata çatıb. Aktivlərin tərkibində nağd pul və müştərilərə verilən kreditlər daha çox artıb.
30 Sentyabr 2018-ci il tarixində "Expressbank" 143 milyon 174 min manat məcmu kapitala malik olub.
2018-ci il üçüncü rüb üzrə nəticələr
-Aktivlərin həcmi rüblük 5% (20.1 milyon manat) artmışdır.
-Cari ilin əvvəlindən əhalinin əmanətləri 19.6 mln. manat məbləğində artmışdır.
- Portfelin problemli hissəsi 2.4%-dən 2.1%-ə enmişdir.
-2017-ci ildən etibarən verilmiş 114.4 mln. manat kreditdən yalnız 0.11%-i 90 gündən çox gecikmədədir.
-Rüblük haqq və komissiya gəlirləri II rüb ilə müqayisədə 597 min manat (27%) artaraq 2.8 mln. manat təşkil etmişdir.
- İllik xalis mənfəət 3 milyon 155 min manat olub, kapitalın illik gəlirliyi (ROE – 2.9%) 2017-ci il ilə müqayisədə 104% artım əks etdirmişdir.
-Məcmu kapital adekvatlığı göstəricisi (24%) və Leverec əmsalı (28%) üzrə sektor ortalamasından yuxarı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





