"Xaricdə təhsil" adı altında dələduzluq!
"Xaricdə təhsil" adı altında dələduzluq - "Elite Academy"nin 60-a yaxın abituriyentin pulunu mənimsədiyi bildirilir.
Türkiyədə təhsil almaq istəyən bir qrup tələbə dələduzluğun qurbanı olub. Bakıda fəaliyyət göstərən "Elite Academy" təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib.
İlkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul alan şirkət sonradan bura nəqliyyat və qarşılama xərclərini də əlavə edib. Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz sürprizlə qarşılaşıblar. Türkiyə universitetləri "Elite Academy"ni tanımadıqlarını bildiriblər.
Zərəçəkənlərin arasında Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da var. İndi onlar da digər abituriyentlər kimi tələbə adını qazana bilməyiblər.
Özünü "Elit Academy" şirkətinin 5 ölkədəki direktoru kimi təqdim edən Rüstəm adlı şəxs isə bildirdi ki, həmin şikayətçilərin çox az hissəsinin şirkətlə müqaviləsi var.
Zərərçəkənlər isə bildirirlər ki, şirkət sonradan valideynləri çağıraraq aralarında olan müqavilələri qəbul sənədi almaq adı ilə geri istəyib. Buna inanan bəzi vətəndaşlar müqavilələrini şirkətə geri veriblər. Hazırda isə çox az sayda vətəndaşda müqavilə sənədi qalıb.
Zərəçəkənlər onlara dəyən maddi və mənəvi ziyanı tələb edirlər. Yarımçıq qalan suallara cavab almaq üçün şirkət rəhbəri ilə yenidən əlaqə saxlamaq istəsək də, bu, nəticəsiz qaldı.
Şirkət isə hazırda fəaliyyətini davam etdirir. Hər gün insanlar xaricdə təhsil üçün bura müraciət edirlər.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “Xəzər xəbər”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
53 d. əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
Ən çox oxunanlar
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat




















