Banklardan biri xalis mənfəətinin 4 dəfədən çox artdığını açıqladı
“Bank Silk Way” ASC 2018-ci ilin 9 ayını 28 milyon 180 min manat xalis mənfəət ilə başa vurub. “Bank Silk Way” ASC 2017-ci ilin 9 ayını 6 milyon 692 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 4 dəfədən çox artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrübdə “Bank Silk Way”in cəmi gəlirləri 42 milyon 973 min manat (26 milyon 879 min manatı faiz, 16 milyon 94 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri 33 milyon 557 min manat (10 milyon 624 min manatı faiz, 22 milyon 933 min manatı qeyri-faiz xərcləri) təşkil edib. Xərclərin gəlirlərdən çıxılması ilə Bank 9 milyon 416 min manat əməliyyat mənfəəti əldə edib, eyni zamanda əvvəlki illər yaradılmış ehtiyatın 19 milyon 168 min manatı gəlirə əlavə edilib. Nəticədə Bankın mənfəəti 28 milyon 585 min manata yüksəlib. Mənfəətdən 404 min manat mənfəət vergisi ödənilib.
2017-ci ilin yanvar-sentyabr dövründə “Bank Silk Way”in cəmi gəlirləri 33 milyon 682 min manat (20 milyon 456 min manatı faiz, 13 milyon 227 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 25 milyon 682 min manat təşkil etmiş, Bankın 8 milyon manat əməliyyat mənfəəti yaranmışdı. Əməliyyat mənfəətindən 1 milyon 173 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma edilmiş, təxminən 136 min manat mənfəət vergisi ödənilmişdi. Nəticədə Bank ötən ilin 9 ayını 6 milyon 692 min manat xalis mənfəətlə bağlamışdı.
AKTİVLƏRİ 51% ARTIB
30 Sentyabr 2018-ci il tarixində “Bank Silk Way” ASC 614 milyon 147 min manat cəmi aktivlərə, 466 milyon 254 min manat cəmi öhdəliklərə və 147 milyon 893 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində “Bank Silk Way” ASC 405 milyon 643 min manat cəmi aktivlərə, 282 milyon 162 min manat cəmi öhdəliklərə və 123 milyon 481 min manat cəmi balans kapitalına malik idi.
KREDİTLƏR 50% ARTIB
Müqayisə olunan dövrdə müştrilərə verilən kreditlər 369 milyon 797 min manatdan 554 milyon 668 min manata çatıb (50% artım).
“Bank Silk Way”də depozitlər isə ötən ilin 30 Sentyabr tarixindəki 170 milyon 980.2 min manatdan 442 milyon 620 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



