“Azərbaycanla ölkə tərəfdaşlıq strategiyasını hazırlayırıq”
“Azərbaycanla ölkə tərəfdaşlıq strategiyasını hazırlayırıq”.
Bunu Bakıya səfəri çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq (Wencai Zhang) deyib.
Onun sözlərinə görə, bu strategiya 5 illik müddəti əhatə edəcək: "Ötən 5 illik strategiya yekunlaşmaq üzrədir. İndiki strategiya isə 2019-2023-cü illəri əhatə edəcək. Mən ölkəyə səfərim çərçivəsində dəstək verdiyimiz bir sıra layihələrə də baş çəkdim. Onlardan biri Naxçıvandakı içməli su ilə bağlı layihədir".
Vençay Janqın, “Gələn ilin I yarısında Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanaraq başa çatdırılmasını düşünürük” - deyib.
O, əlavə edib ki, yeni stategiya ilə bağlı son qərarı təmsil etdiyi maliyyə qurumunun 2019-cu ilin birinci yarısında ADB-nin Direktorlar Şurası qəbul edəcək.
“Hazırda ADB Azərbaycan iqtisadiyyatı ilə bağlı araşdırma aparır, hansı sahələrə yardım edə biləcəyini müəyyənləşdirir. Bank 2016-2017-ci illərdə ADB Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. ABŞ dolları investisiya yatırıb. Çalışmalıyıq ki, Azərbaycan dövləti növbəti 5 ildə qarşısına qoyduğu məqsədlərə nail olsun”, - deyə V.Janqın qeyd edib.
ADB rəsmisi həmçinin bildirib ki, növbəti illərdə də Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək veriləcək: “Düşünürəm ki, dəstəyimizi davam etdirməliyik. Xüsusilə də dövlət xidmətləri ilə bağlı layihələrə dəstək verilməlidir. Bunlardan biri yerli valyutada qiymətli kağızların emissiya edilməsidir. Bu, iqtisadiyyatın inkişafına kömək edəcək. Bu məsələ Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Nazirliyi ilə müzakirə etməliyik".
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)





