“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax
(®) “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV - “Nar TV” tətbiqini təqdim edir. “Nar TV” tətbiqi vaxt və məkan sərhədi tanımır.
Beləki, bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında sevdikləri TV kanallara və verilişlərə rahat şəkildə baxa biləcəklər. “Nar TV” mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli və regional televiziya kanallarına giriş imkanı verir.
“Nar TV” tətbiqini indi yükləməklə istifadəçilər 100-ə qədər kanala 1 ay ərzində ödənişsiz baxa bilərlər. Abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan “Nar TV” mobil tətbiqini “Google Play” - https://bax.nar.az/nartv-g və “App store”-dan - https://bax.nar.az/nartv-i telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçilməlidir. “Nar TV”-nin digər üstünlüyü, vaxtınız olmadıqda ötürdüyünüz proqramlara 12 saat ərzində baxmaq mümkünlüyüdür. Aylıq abunə haqqı cəmi 3 AZN-dir. Abunəçilər “Nar TV”-yə “Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə, tam keyfiyyətdə baxa bilərlər.
“Nar TV”-də valideyn nəzarət xidməti də mövcuddur. Bunun üçün xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq olar. Qeyd edək ki, “Nar TV” xidməti “Uninet”-lə əməkdaşlıq çərçivəsində təqdim edilir. “Nar TV”-nin digər üstünlükləri barədə daha ərtaflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
6 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
6 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
6 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)









