"Xalq Bank" maliyyə vəziyyətini açıqladı
2018-ci ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qorumuşdur.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 127 milyon 365 min manat və ya 7,02% artaraq 1 milyard 941 milyon 13 min manat təşkil etmişdir. Bankın məcmu kapitalı isə сari ilin 9 ayı ərzində 12 milyon 910 min manat və ya 5% artaraq 271 milyon 181 min manata çatmışdır.
"Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artmış, faiz xərcləri isə 11,6% azalmışdır. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin 9 ayının yekunları ilə müqayisədə 17,38% artaraq 65 milyon 634 min manat təşkil etmişdir. Qeyd etmək lazımdır ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranmışdır",- Bankın məlumatında bildirilir.
"Xalq Bank" 2018-ci il ərzində öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövru ilə müqaisədə 36,84% artaraq ilin ilk üç rübünü 17 milyon 959 min 270 min manat mənfəətlə bitirmişdir.
"2018-ci ilin üç rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ASC “Xalq” Bankının ölkənin lider banklarından biri olmasını bir daha təsdiq edir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir".
ASC “Xalq” Bankı 2004-cü ildə yaranıb. Ölkə ərazisində 29 filial və 605 nəfərlik peşəkar kollektivi xidmət göstərən Xalq Bank hazırda ölkənin ən böyük banklarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






