Aqropark quşçuluq fabriki yaradacaq
Saatlı rayonunun Azadkənd kəndində fəaliyyət gstərən “İD – Aqropark” yaxın gələcəkdə quşçuluq fabriki və heyvandarlıq fermaları yaradacaq.
“Marja” xəbər verir ki, bunu Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışında “İD – Aqropark” MMC-nin təsərrüfat rəhbəri Sədafər Hüseynov bildirib.
O bildirib ki, “İD-Aqropark” MMC şirkəti 2017-ci ilin əvvəlində yaradılıb. Şirkətin yeni layihəsi Saatlı rayonunun Azadkənd kəndi ərazisində 7000 hektar sahədə müasir innovativ texnologiyalara əsaslanan təsərrüfatın yaradılmasıdır. Bu məqsədlə aqroparka dövlət dəstəyi çərçivəsində 10 milyon manat güzəştli kredit verilib. Aqroparkın birinci mərhələsinin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır:
“Şirkət tərəfindən 5000 hektar sahədə arpa, buğda, qarğıdalı, soya, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, 1000 hektar sahədə nar və 500 hektar sahədə badam bağlarının salınması nəzərdə tutulur. Ötən il ərazinin bir hissəsində günəbaxan, soya və qarğıdalı, bu il isə qarğıdalı və günəbaxan əkilib. 2018-ci ilin yaz mövsümündə 120 hektar sahədə intensiv nar bağı salınıb, damla üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Nar bağının suvarılması üçün 2 hektar sahədə süni göl yaradılıb və su nasos stansiyası tikilib, 9 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilib və 2 transformator quraşdırılıb.
2019-cu ilin əvvəlində əlavə 240 hektar sahədə nar bağının salınması üzrə işlər aparılır. Bununla yanaşı, 1300 hektar torpaq sahəsi dənli bitkilərin yetişdirilməsi üçün hazırlanıb, açıq tipli 6 drenaj xətti və su kanalı çəkilib. Bütünlükdə isə 7000 hektar sahə üçün 58 kilometr uzunluğunda açıq tipli drenaj xətləri çəkilir. 20 hektar sahədə yonca əkilib. Hazırda arpa və buğda əkini aparılır. Əkin sahəsinə tələb olunan gübrələr verilib.
2019-cu ilin yazında 1156 hektar sahədə dənli bitkilər və pambıq əkilməsi üçün şumlama işləri aparılır. 1000 hektar sahə üçün yeni 15 müasir suvarma - pivot sistemi layihəsi hazırlanıb və 2019-cu ildə bu sistemin tikintisi planlaşdırılır. Yaxın gələcəkdə bu sistem üçün 5 nasos stansiyasının tikilməsi nəzərdə tutulur.
Möhtərəm cənab Prezident, Saatlı aqroparkında dənli bitkilərin yetişdirilməsi, nar və badam bağlarının salınması, müvafiq texniki tədbirlərin həyata keçirilməsi ilə əlaqədar infrastruktur, yaxın gələcəkdə quşçuluq fabriki və heyvandarlıq fermaları yaradılacaq. Aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün “Aqrolizinq” ASC-nin köməyi ilə müasir standartlara cavab verən 38 adda müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb. Hazırda təsərrüfatımızda 41 daimi işçi çalışır. Nar bağının salınması dövründə 200-dən çox mövsümi işçilər də cəlb olunub. Ümumilikdə, aqroparkda 400-dək daimi iş yerinin açılması nəzərdə tutulur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
7 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
10 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
11 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat





.jpg)






.jpg)






