PAŞA Bank yeni şöbəsini açıb, bir filialın formatı dəyişdiriləcək
Ölkənin aparıcı banklarından biri PAŞA Bankın Bakıda yeni "Landmark" şöbəsinin açılış mərasimi baş tutub.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, açılış mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucovun qeyd etdiyi kimi, bu vaxtdan etibarən Bankın bütün filial və şöbələrində müştərilərə universal bank xidmətləri göstəriləcək.
“Müştərilərimizin istəklərini nəzərə alaraq, həm yeni şöbəmizdə, həm hazırda fəaliyyət göstərən filiallarda korporativ sektor və kiçik və orta sahibkarlıq nümayəndələri, eləcə də PAŞA Bankın əməkhaqqı kart sahibləri olan fiziki şəxslərə xidmət göstəriləcək. Bankın bütün filial və şöbələrində olduğu kimi “Landmark” şöbəsində də müştərilərimizin hər birinə fərdi yanaşma göstəriləcək”, - deyə C. Orucov qeyd etmişdir.
Qeyd edək ki, yeni şöbənin istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın “Port Baku” filialının fəaliyyətinin formatı dəyişdiriləcək. Operativliyin daha da gücləndirilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması çərçivəsində bu filialda xidmət ilə təmin olunan korporativ müştərilərə “Landmark” şöbəsində xidmət göstəriləcək. Bankın “Port Baku” filialında Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.
PAŞA Bankın yeni şöbəsi Nizami küçəsi, 96E ünvanında, “Landmark I” biznes mərkəzində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




