Üzərinə həbs qoyulmuş 5000 manatadək olan əmlaklar ticarət şəbəkələrində satılacaq
Azərbaycanda “İcra haqqında” qanuna dəyişikliklər ediləcək.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.
Nazir bildirib ki, dəyişiklik vergi borcunun alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair qanun layihəsi üzrə icra məmurları tərəfindən icraata qəbul edilən vergi borclarının, habelə geri qaytarılan icra sənədlərinin daima nəzarətdə saxlanılması, icra məmurlarına vergi borclarının alınması ilə bağlı mümkün köməkliyin edilməsi, habelə bu sahədə düzgün uçotun qurulması məqsədilə vergi borcunun alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə icra məmurlarının icraata başlamaq haqqında qərarın surətinin və icra edilməsi mümkün olmadığı üçün geri qaytarılan icra sənədləri barədə məlumatların rəsmi şəkildə aidiyyəti vergi orqanına təqdim etmələri ilə bağlı müddəalar nəzərdə tutulub. Həmin qanun layihəsinə, icra məmurları tərəfindən dəyəri 5000 manatadək olan əmlakların ticarət şəbəkələrində, o cümlədən elektron ticarət şəbəkələrində satışına dair müddəalar da əlavə edilib”.
Qeyd edək ki, qanunun indi qüvvədə olan maddəsinə əsasən üzərinə həbs qoyulmuş dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.
F.Məmmədov əlavə edib ki, “İcra haqqında” qanuna dəyişikliklər qəbul olunsa, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının tez bir zamanda təmin edilməsi, habelə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam məbləğdə yığılması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün daha əlverişli şərait yaranacaq.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















