Yeri qazıb zərər vuranlara SƏRT CƏZALAR GƏLİR
Azərbaycan Milli Məclisinin payız sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət və İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
Dəyişiklik yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmağa görə cəzaların sərtləşdirilməsi ilə bağlıdır.
Məcəllənin 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddəsinin birinci bəndinə əsasən, Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Dəyişikliklə cərimənin məbləği aşağı həddi 6 min, yuxarı həddi isə 10 min manat nəzərdə tutulur. Bundan başqa, bəndə 1 il müddətə azadlıqdan məhrumetmə cəzası da əlavə edilib.
Maddəyə əlavə edilən, 255.2-ci bəndə əsasən, birinci bənddə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə 3 ildən 5 il ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib.
Məcəllənin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsinin 0.9-cu bəndinə əsasən, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1200 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Dəyişikliyə əsasən, fiziki şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manatadək məbləğdə cərimə ediləcək.
Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)







