Gəncədə fəaliyyət göstərən kredit təşkilatı istiqraz buraxmağı qərara alıb
Gəncə şəhərində fəaliyyət göstərən "Viator Mikro Maliyyə Azərbaycan" bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətini aktivləşdirmək üçün kənardan maliyyə vəsaiti cəlb etməyə hazırlaşır. Bu barədə BOKT- dan bildirib.
BOKT-dan verilən məlumata görə, təşkilat yerli qurumlarla – banklarla işləməyə cəhd edib. Amma təklif edilən şərtlər ağır olub.
"Əvvəllər işlədiyimiz bankların şərtləri bizə ağır oldu. Əvvəllər manatla illik 14%-lə kredit götürürdək, indi isə 20% təklif etdilər, götürmədik".
Banklarla aparılan danışıqlarla paralel olaraq şirkət qiymətli kağızlar bazarından da vəsait cəlb etməyə çalışıb. Amma borc verəcək şirkətlər "Viator"un 2017-ci ildəki maliyə göstəricilərindən razı qalmayıblar: "2017-ci ili zərərlə başa vurduğumuza görə, bizim kağızları riskli saydılar".
Şirkət vəziyyətdən çıxmaq üçün istiqraz buraxmağı qərara alıb. İnvestisiya şirkətlərindən biri ilə danışıqlar aparan "Viator" ilkin olaraq kiçik məbləğdə – 200-300 min manatlıq istiqraz buraxmağı planlaşdırır. Məqsəd şirkətin kredit tarixçəsini "təmizləmək", yəni etibarlı borclu reputasiyasını bərpa etməkdir. İstiqraz buraxılanda regiondakı faiz dərəcələri və bazardakı vəziyət də nəzərə alınacaq.
Hazırda bazarda bir sıra şirkətlərin 10+ %-lə istiqraz buraxdığını nəzərə aldıqda "Viator"da istiqrazların gəlirliyinin illik 14-15% olması planlaşdırılır. Yaxın vaxtlarda şirkətin rəhbərliyinin bununla bağlı qərar verməsi gözlənilir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
47 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
53 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 59 d. əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI























