Cəmi 1 həftə ərzində ipoteka krediti!
(®) Şəxsi mənzil arzusunda olanlara Bank “BTB” ASC - dən yeni fürsət təqdim olunur.
Belə ki, Bank BTB Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-ə endirmişdir.
Əlavə olaraq, ilkin ödəniş məbləği bu dəfə müştəriləri sevindirəcək. Belə ki, yenilənmiş şərtlərə əsasən ilkin ödəniş məbləği adi ipoteka krediti olan halda 15% təşkil edir. Kreditin maksimal məbləği isə 150.000 AZN-dir.
Bank “BTB” ASC-dən İpoteka krediti əldə etməyin üstünlüklərindən biri də rəsmiləşdirmə prosesinin sürətli olmasıdır. Belə ki, tələb olunan sənədlər müştəri tərəfindən vaxtında təqdim edildiyi halda Bank cəmi 1 həftə ərzində ipoteka kreditini rəsmiləşdirir və alınacaq əmlakın alqı-satqısı həyata keçirilir.
İpoteka krediti üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər, əmək müqaviləsi və ya əmək kitabçasının təsdiqlənmiş sürəti, ipoteka predmetinin qiymətləndirmə aktı aiddir.
İpoteka krediti əldə etmək istəyən şəxslər ilk öncə https://www.e-gov.az saytında qeydiyyatdan keçib, ərizə formasını doldurmaqla Bank BTB-yə müraciət edə bilərlər.
İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet saytından http://mcgf.az və ya Bank BTB-nin rəsmi internet saytından www.btb.az tanış ola bilərlər.
Bank xidmətləri haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzidən, www.btb.azrəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 d. əvvəl
-
21 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 22 d. əvvəl
-
-
23 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
42 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
Ən çox oxunanlar
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək

























