“Atena” istehsalda innovasiya tətbiqinə görə mükafata layiq görüldü
Süd və süd məhsullarının istehsalında öz dəsti xətti ilə seçilən “Atena Group” şirkətlər qrupu çoxdan gözlədiyi mükafata 20 Sentyabr 2018-ci il tarixində Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum” Baku – 2018 çərçivəsində “Süd Məhsullarının İstehsalında İnnovativ Texnologiyaların Tətbiqinə görə” layiq görülmüşdür.
“Caspian Energy Forum Baku – 2018” də sıralarında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, o cümlədən seçilmiş özəl şirkət rəhbərlərinin də olduğu 1500-dən çox nümayəndə iştirak etmişdir.
Dövlət və özəl şirkət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “Atena Group” şirkətlər qrupunun baş icraçı direktoru Gökhan Becerikli çıxış edərək, belə bir mükafata görə “Caspian Energy Forum” təşkilatçılarına öz təşəkkürünü bildirib. G. Becerikli qeyd edib ki, “Azərbaycanı tək neft ölkəsi kimi deyil eyni zamanda inkişaf etməkdə olan aqrar-sənaye ölkəsi kimi tanıyırlar. Ölkə rəhbərliyinin aqrar sektora verdiyi dəstək nəticəsində son illərdə müasir texnologiyalara əsaslanan heyvandarlıq kompleksləri və süd zavodları yaradılmışdır. Bizim şirkətlər qrupumuza daxil olan ferma və süd məhsulları zavodu da həmin diqqət və qayğı nəticəsində dövlətin güzəştli kreditlərindən yararlanaraq, yaradılmış şirkətlərdəndir.”
AZƏRBAYCANDA SÜD ZAVODLARI ARASINDA İLK DƏFƏ
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə "Atena" markası olaraq süd və süd məhsulları istehsal və ixracı zamanı innovativ texnologiyalara üstünlük verilir. Bu məqsədlə zavodda südün keyfiyyətini təmin etmək üçün fəaliyyət göstərən 4 xüsusi laboratoriya dövlət tərəfindən akkreditasiya edilib. “Atena” süd zavodunun fəaliyyəti “ISO 22000” (menecment və gigiyena üzrə beynəlxalq standart), Azərbaycanda süd istehsalı zavodları arasında ilk dəfə əldə edilən BRC (British Retail Council) və Danone FSI standartlarına tam cavab verir. Müştərilərinə təbii süd və süd məhsulları təklif edən Atena markası bazara 55 növ fərqli məhsul təqdim edir. Gündəlik 400 ton çiy süd emal etmək gücünə malik zavod müştərilərini qatqısız və ekoloji təmiz məhsullarla təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 42 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
7 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı






















