Azərbaycanda Türkiyəyə 652 milyon dollar sərmayə axıb
2016-cı ildə Türkiyə iqtisadiyyatına xarici investorlar tərəfindən 6,724 mlrd. dollarlıq investisiya yatırılıb. "Anadolu" agentliyi xəbər verir ki, yatırımların 30%-i ilin sonunda gerçəkləşib.
Ötən ilin dekabrında Türkiyə iqtisadiyyatına 1,991 mlrd. dollarlıq investisiya qoyulub ki, bu da 17 illik rekord hesab olunur. Ötən ilin son ayında yatırılan investisiyanın həcmi noyabr ayı ilə müqayisədə 4,5 dəfə, 2015-ci ilin dekabr ayı ilə müqayisədə isə 37,4% çoxdur.
Qeyd edək ki, 2015-ci ildə Türkiyə iqtisadiyyatına 12,1 mlrd. dollarlıq investisiya yatırılıb.
Ötən il Türkiyəyə ən çox investisiya yatıran Avropa ölkələri olub. "Köhnə qitə"nin ölkələri toplamda Türkiyəyə 4,265 mlrd. dollarlıq investisiya edib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Avropa ölkələri Türkiyəyə 7,98 mlrd. dollarlıq investisiya yatırıb.
Avropa ölkələri arasında 2016-cı il ərzində Türkiyəyə ən çox Böyük Britaniya investisiya qoyub. Hesabat dövründə Böyük Britaniyanın qardaş ölkəyə yatırdığı investisiyanın həcmi 961 mln. dollar həcmində olub. Böyük Britaniyanı 956 mln. dollarlıq göstərici ilə Hollandiya izləyib. Üçüncü yerdə 430 mln. dollarlıq investisiya ilə Almaniya qərarlaşıb. Dördüncü yeri Türkiyə iqtisadiyyatına 409 mln. dollarlıq investisiya qoyan İspaniya tutub.
Hesabat dövründə Asiya ölkələri Türkiyəyə 2 mlrd. dollarlıq investisiya yatırıb. Asiya ölkələri arasında Azərbaycan mütləq liderdir. Asiya ölkələri arasında Türkiyəyə ən çox Azərbaycan investisiya yatırıb. Ötən il ərzində Azərbaycan qonşu ölkəyə 652 mln. dollar həcmində investisiya qoyub. Azərbaycanı 375 mln. dollarlıq yatırımla Qətər təqib edib.
2016-cı ilin dekabrın Böyük Britaniya Türkiyə iqtisadiyyatına 444 mln. dollar, Hollandiya 394 mln. dollar, Çin 300 mln. dollar, Qətər 285 mln. dollar, Azərbaycan isə 175 mln. dollar yatırıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 30 d. əvvəl
-
51 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















