"Azercell" tələbələrə aylıq təqaüd verəcək
Şirkət növbəti Tələbə Təqaüdü Proqramını elan edir
İqtisadi baxımdan getdikcə güclənən, bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir.
Bunu nəzərə alan “Azercell Telekom” MMC öz sahəsində peşəkar olmaq, gələcək karyerasında uğur qazanmaq istəyən tələbələrə növbəti imkanı yaradır. Daima Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən şirkət bu il də Tələbə Təqaüdü Proqramını elan edir. 18.09.2018 tarixindən etibarən Azercell öz bacarığına və savadına güvənən bütün tələbələri bu proqramdan yararlanmağa çağırır. Tələbələr 18.10.2018 tarixinə qədər şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn şəkildə qəbul edilir.
Qeyd edək ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Bundan əlavə bu proqram çərçivəsində tələbələr telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.
Qeyd edək ki, tələbələr tərəfindən böyük maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu günədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)




.jpg)


