"Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq etmir" - AÇIQLAMA
Təhsil Nazirliyi diplomların tanınması ilə bağlı vətəndaşlara müraciət edib.
Nazirliyin mətbuat xidmətindən "Marja"a daxil olan açıqlamada bildirilib ki, son dövrdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və yekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə aparılan islahatların davamı olaraq, nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsi yenilənib.
Həmçinin müraciət qaydaları ilə bağlı bütün zəruri məlumatlar səhifədə əksini tapıb, “Mütəmadi verilən suallar” bölməsi yaradılıb və nostrifikasiya prosedurlarına dair vətəndaşları maraqlandıran bir çox suallar cavabları ilə birlikdə əlavə olunub.
"Vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Eyni zamanda Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Onu da bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur.
Vətəndaşlardan bu cür hallarla qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) və ya [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur", - nazirlikdən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
56 d. əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
Ən çox oxunanlar
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat





















