Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara növbəsiz xidmət
(®) Cəmiyyətimizdə fiziki məhdudiyyətli insanların inteqrasiyasına və sosial reablitasiyasına dəstək olmaq məqsədilə çoxsaylı sosial layihələr reallaşdırmış Azercell Telekom bu sahədə daha bir xeyirxah və innovativ təşəbbüslə çıxış edir.
Belə ki, Azercell-in Müştəri Xidmətləri mərkəzlərində əlillər üçün Q-matik aparatında xüsusi növbədənkənar düymə yerləşdirib. Şirkətin B.Bagırova 2 və Tağıyev 26A ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzlərinə müraciət edən xüsusi qayğıya ehtiyacı olan bütün əlil abunəçilər artıq bu imkandan yararlana bilirlər.
Məlumat üçün deyək ki, B.Bagırova, 2 ünvanında yerləşən ofisdə bu yenilik artıq aprel ayından, Tağıyev 26A ünvanında yerləşən ofisdə isə iyun ayından tətbiq olunur və indiyə qədər 100-dən artıq fiziki məhdudiyyətli abunəçiyə xidmət göstərilib. Şirkət ilin sonuna qədər digər Müştəri Xidmətləri ofislərində də bu xidməti istifadəyə verəcək.
Qeyd edək ki, hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Azərbaycanda isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq qeydə alınıb. Azercell əlil uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir. Eyni zamanda Mobil Göz və Mobil Dİş Klinikaları vasitəsilə hər ay onlarla əlil vətəndaşlarımız pulsuz müayinə və müalicə edilir. Azercell-in 2013-cü ildə Böyük Vətən, Əfqanistan və Qarabağ müharibəsi iştirakçıları üçün yaratdığı Veteran tarifi isə 40 minə qədər abunəçiyə güzəştli rabitə xidmətindən yararlanmağa imkan verir.
Ölkənin lider mobil operatoru Azercell Telekom öz sosial məsuliyyət strategiyasında insan həyatının keyfiyyətinin artırılması, texnnologiyalar vastəsilə insan həyatının asanlaşdırılması prinsiplərini əsas tutaraq bu sahədə təşəbbüs və layihələrini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)







