Beynəlxalq Bank regional İnkassasiya Mərkəzi yaratdı
"Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin optimallaşdırılması, əhaliyə bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə inkassasiya sisteminin təkmilləşdirilməsi istiqamətində də tədbirlər həyata keçirir. Bu prosesin davamı kimi Yevlax rayonunda bankın İnkassasiya Mərkəzi yaradılıb".
Bu, bankdan "Marja"ya daxil olmuş məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, ilkin mərhələdə Mərkəz Yevlax, Tərtər, Ağdam, Ağdaş rayonlarında, eləcə də Mingəçevir şəhərində olan bankomatlara xidmət göstərəcək. Ümumilikdə isə ətraf rayonlardakı bankomatlar da daxil olmaqla mərkəzin 115 bankomatın inkassasiyasını həyata keçirməsi nəzərdə tutulur. Belə bir mərkəz regionda inkassasiya işinin mərkəzləşdirilmiş qaydada, yüksək təhlükəsizlik şəraitində və operativ rejimdə həyata keçirilməsinə imkan verəcək.
Regional inkassasiya mərkəzinin yaradılması təcrübəsi ilk dəfə Bakıda tətbiq olunub. Müsbət nəticə verdiyindən bank bu təcrübədən digər regionlarda da faydalanmaq niyyətindədir. Yevlaxdakı İnkassasiya Mərkəzinin ardınca digər bir neçə bölgədə də belə regional mərkəzlərin təşkili planlaşdırılır. Qeyd edək ki, bu mərkəz yaradılana qədər həmin regiondakı bankomatların inkassasiyasını bankın yerli filial və şöbələri həyata keçirirdi. Regional inkassasiya mərkəzlərinin təşkili Azərbaycan Beynəlxalq Bankında inkassasiya işinin səmərəliliyini və effektivliyini artıracaq.
Azərbaycan Beynəlxalq Bankı ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Respublika üzrə bankın 756 bankomatı müştərilərin xidmətindədir. Bankın 36 filialı və 38 şöbəsi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
8 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
-
15 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 26 d. əvvəl
- 31 d. əvvəl
-
49 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb




.jpg)












.jpg)






