Yarım ildə 12 milyon manata yaxın qazanıb
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il iyulun 1-nə 1 milyard 121 milyon 820 min manat təşkil edib.
Fondun maliyyə hesabatına görə, bu, ilin əvvəli ilə müqayisədə 17,05% çoxdur.
İKZF-in aktivlərinin 69%-ni və yaxud 774 milyon 302 min manatını ipoteka kreditləri təşkil edib. Yanvar-iyun aylarında Fondun kredit portfeli 13,25% böyüyüb.
Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 9,5% artaraq 597 milyon 61 min manata çatıb, o cümlədən borc öhdəlikləri 5% azalaraq 565 milyon 542 min manata düşüb.
Fondun cəmi kapitalı isə 27% artaraq 524 milyon 758 min manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 milyon manat ) artaraq 466 milyon manat olub.
Bu ilin I yarısında İKZF-in faiz gəlirləri 22 milyon 793 min manat, faiz xərcləri 8 milyon 229 min manat, dəyərsizləşmə üzrə zərəri 646 min manat, haqq və komissiya xərcləri 371 min manat, digər gəlirləri 397 min manat, insan resursları üzrə xərcləri 1 milyon 417 min manat, inzibati və digər xərcləri isə 958 min manat təşkil edib. Son nəticədə Fond yarımili 11 milyon 569 min manat mənfəətlə başa vurub.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
37 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























