"20-dək layihəyə qrant ayırmağı nəzərdə tutmuşuq"
"Azərbaycanda aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə fermer və sahiblarlar arasında məlumatlandırma kampaniyası başlayıb".
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) yaydığı məlıumata görə, bunu qurumun yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
Onun sözlərinə görə, kampaniyanın məqsədi kənd təsərrüfatı sahəsində dəyər zəncirlərinin yaradılması üzrə qrant layihələrinin hazırlanması üçün fermer və sahibkarları məlumatlandırmaqdır. Aqrobiznes dəyər zənciri layihələrinə qrantlar Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində maliyyələşdirilir.
Bütün ölkəni əhatə edəcək kampaniya çərçivəsində Layihənin əməkdaşları artıq Qəbələ, İsmayıllı, Qax, Şamaxı, Goranboy, Göygöldə fermer və sahibkarlarla görüşüb, onlara qrantlar ayrılması üçün layihələrinin seçim meyarları barədə ətraflı məlumat veriblər.
“Biz bu layihə çərçivəsində 20-dək aqrobiznes dəyər zənciri layihəsinə qrant ayırmağı nəzərdə tutmuşuq. Məlumatlandırmanın birinci mərhələsindən keçən dövrdə təqdim edilmiş layihələri dəyərləndirdik və meyarlara cavab verənləri seçdik. Artıq 5 layihəyə görə müqavilə imzalamışıq. Bir neçə layihə də təsdiqlənmə ərəfəsindədir. Biz bu layihəni həyata keçirməklə, kənd təsərrüfatı məhsulları istehsalında möhkəm, qırılmaz dəyər zəncirlərinin iqtisadiyyatda nümunə ola biləcək pilot modellərini hazırlamaq istəyirik. Sayın məhdud olması da məhz bununla bağlıdır”, - deyə M.Əliyev qeyd edib.
Dəyər zəncirləri üzrə layihələrin seçimi zamanı üstünlük verilən meyarlara aydınlıq gətirən KTN rəsmisi əsas cəhət kimi istehsalda innovativlik tələbinin qoyulduğunu deyib:
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
“Bundan başqa, qrantdan bir adamın deyil, dəyər zəncirinin bütün üzvlərinin faydalanması nəzərdə tutulduğundan, layihənin tərəfdaşlıq üzərində qurulması, səmərəlilik vəd etməsi, rəqabətqabiliyyətli ixrac potensiallı məhsul istehsal etməsi və idxalı əvəzləməsi dəyər zənciri layihəsini qiymətləndirmə zamanı vacib məqamlardır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























