“ASAN İmza”nın bahalaşmasına etiraz
Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması “ASAN İmza” xidmətinin abunə haqqının artırılması ilə bağlı bəyanat verib.
Platformadan verilən məlumata görə, “ASAN İmza”nın operatoru “Best Solutions” MMC və üç mobil operator bu xidmət üzrə aylıq abunə haqqının 2.5 dəfə artırıldığını açıqlayıb.
Avqustun 15-dən etibarən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 manat məbləğində təyin edilib. Hazırda aylıq abunə haqqı 1 AZN təşkil edir: “Aylıq abunə haqqının artırılmasını mobil operatorlar “Asan İmza” xidmətinin birbaşa təminatçısı “Best Solutions” MMC-nin təklifi ilə baş verdiyini açıqlayıb. “Best Solutions” MMC isə bu təklifini xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artmasıyla izah edib.
“ASAN İmza” dövlət layihəsidir. Bu xidmət Vergilər Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) “Best Solutions” şirkətinin mobil operatorlarla birgə əməkdaşlığı ilə yaradılıb. Bu dövlət qurumları qiymət artımından məlumatsız və prosesdən xəbərsiz olduqlarını bildirblər. Buradan belə qənaətə gəlmək olur ki, kifayət qədər ictimai əhəmiyyət kəsb edən, kütləvi xarakterli bir xidmətin qiymətinin artırılması yalnız “Best Solutions” MMC-nin təkidi, mobil operatorların razılığı ilə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, mobil “ASAN imza xidməti ölkədə yalnız bir qurum tərəfindən təklif olunur. Bu sahədə rəqabət yoxdur. Məhz bu səbəbdən hər üç mobil operator da qiymətləri eyni anda qaldırdıqlarını bildiriblər”.
Platforma bəyan edir ki, “ASAN imza” operatorunun qiymət artımı ilə bağlı irəli sürdüyü arqumentlərin heç bir əsası yoxdur: “Bu xidmətlərin hazırlanması və istismarı üçün hökumət tərəfindən də xeyli vəsait ödənilib. İlkin dövrlərdə yalnız “Azercell” şirkəti ilə birgə istifadəyə verilən xidmət üçün kifayət qədər yüksək abunə haqları müəyyən edilib və çəkilən xərclərin ödənilməsi üçün hökumət tərəfindən yetərli imkanlar yaradılıb. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması hesab edir ki, minlərlə hüquqi və fiziki şəxslərin mənafeyinə toxunan, dövlət layihəsi çərçivəsində yaradılan bir ictimai xidmətin haqqının kəskin artması ilə bağlı bu cür açıqlama yetərli ola bilməz. Bu cür qərarın verilməsinin bir cümlə izah edilməsinə cəhd göstərilməsi, ətraflı məlumat açıqlanmaması yolverilməzdir. Mütəxəssislərin və ekspertlərin rəyləri də göstərir ki, artıq qurulmuş və işə salınmış bir platformada bu tip xidmətlərin göstərilməsi hər hansı əlavə xərclər yaratmır. Platforma bəyan edir ki, əsassız formada qaldırılan aylıq abunə haqları ölkədə elektron hökumət quruculuğunun, elektron xidmətlərin inkişafına mənfi təsir göstərir, vətəndaşların elektron mühitə marağının azalm
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat əvvəl
"Laricanini öldürdük, İran xalqına rejimi devirmək şansı verdik"
-
5 saat əvvəl
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib
-
6 saat əvvəl
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim edib - VİDEO
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində həcmi 4 milyon tona çatdırılıb
Supermarket şəbəkəsinin Gəncədə 8-ci mağazası açılıb
Nazirin müavinlərinin sayı artırıldı - PREZİDENTDƏN FƏRMAN
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb
Ən çox oxunanlar
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
“AzFinance” şirkətinin keçmiş direktoru həbs edilib - "Nazirin oğlunun 1 milyon manatdan çox pulunu ələ keçirib"


























