"Elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər"
“Bəzi insanlar var ki, turistlərə qarşı narazılığı ümumiləşdirib qabardırlar. Dövlət Turizm Agentliyi sosial şəbəkələr və KİV vasitəsi ilə maarifləndirmə işi aparmağı planlaşdırır. Təcrübə belədir ki, turizmi inkişaf etdirmək istəyən ölkələrdə hər bir vətəndaş bu sahənin faktiki iştirakçısı olur”.
Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.
O bildirib ki, bəzi vətəndaşlarda yeni gələn turistlərə qarşı qeyri-adi və emosional yanaşma olur: “Təbii ki, postsovet məkanından və qərb ölkələrindən gələn insanlara bizim vətəndaşlar çoxdan öyrəşib. Azərbaycan turizm qapılarını geniş açdıqca, digər müxtəlif mədəniyyətlərə mənsub insanlar da səfərə gəlirlər. Problem ondandır ki, bir insan Azərbaycanda qeyri-adi hərəkət edəndə, onu bütün kütləyə şamil edirlər. Bu, qətiyyən yolverilməzdir. Körfəz ölkəsinin - məsələn, Qətərin, Küveytin vətəndaşı oteldə natəmizlik edir. Bizim sosial şəbəkə istifadəçiləri bunu paylaşırlar ki, ərəblər bu cür hərəkət etdilər. Amma eyni münasibət bizə qarşı da olsa, xoş qarşılanmaz. Bir azərbaycanlı Rusiyada hansısa hərəkəti edir və bu, bizim hamımıza şamil edilir. Əlbəttə, etiraz edirik. Yəni bu, həmin adamın şəxsi səhvidir. Biz tolerantlıq və multikulturalizm dəyərlərinə görə dünya üçün nümunə olan xalqıq. Ona görə də ərəblərə, Körfəz ölkələrindən gələn turistlərə cəm şəkildə irad bildirmək doğru deyil”.
K. Quluzadə qeyd edib ki, bu sahədə maarifləndirmə işi aparılmalıdır, xidmət səviyyəsində də bu nəzərə alınmalıdır: “Bəzən xidmət sahəsində insanları milliyyətinə görə fərqləndirirlər. Məsələn, restoranda masaya yemək aparanda ofisiant deyir, bunu rusların, bunu ərəblərin stoluna apar. Bu, qətiyyən yolverilməzdir. Masanın nömrəsi ilə deyilməlidir. Yəni milli, irqi ayrı-seçkilik etmək, bir neqativ halı kütləyə şamil etmək bizim xalqımızın qonaqpərvərliyinə, gülərüzlüyünə yaraşmır. Mən demirəm ki, hamı belə edir. Yox, amma bu cür hallar var”.
K. Quluzadə əlavə edib ki, ölkəsini turizm mərkəzi kimi görmək istəyən vətəndaş özgəlik göstərməməlidir: “Yol göstərmək, gülümsəmək, xidmət etmək təkcə dövlət qurumlarının, o cümlədən Dövlət Turizm Agentliyinin işi deyil. Bu, hamının işidir. Turizm elə bir sahədir ki, hər gələn qonağa 10-30 nəfər xidmət edir. Və xidmət göstərməyi hamı bacarmalıdır. Amma elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər. Düzdür, bunlar fraqmental hadisələrdir, amma olmaması yaxşıdır. Əsas məqsəd odur ki, biz turisti məmnun salaq. Bir nəfər neqativ hərəkət edəndə, həmin ölkənin illərlə reklamı aparılsa da, konkret detal turistdə ölkə haqqında mənfi imic formalaşdırır. Ona görə də hamı buna həssas münasibət bəsləməlidir. Bu gün bir turistlə yüksək münasibət göstəririksə, gələn il məhz o insanın hesabına on turist qazana bilərik. Fürsətçil olmaq düzgün deyil”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
2 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
4 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
















.jpg)


.jpg)

