Intel-dən 7 milyard dollarlıq investisiya
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel, ABŞ-da 7 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb.
"Marja" xəbər verir ki, Intel-in İcraçı direktoru Brian Krzanich, ABŞ Prezidenti Donald Trumpla Ağ Evdə keçirdiyi görüşdən sonra təçkil etdiyi toplantıda şirkətin Arizona ştatında 7 milyard dollarlıq sərmayə qoyacağını və 3 min nəfərlik yeni iş yeri yaradacağını bildirib.
Krzanich, sözügedən investisiyanın Arizonadakı "Fab 42" adlı mikroçip zavodunun gələcək 4 ildə tamamlanması üçün istifadə ediləcəyi məlumatını verib və şirkətin çox istehsalını ABŞ-da keçirdiyini vurğulayıb.
Intel-dən edilən rəsmi açıqlamada da şirkətin ABŞ-da iqtisadi inkişafı və innovasiya fəaliyyətini təşviq etdiyi bildirilib, şirkətin zavodlarının ölkədə yüksək texnologiya istehsalını dəstəkləyən məşğulluq yaratmağı qarşısına məqsəd qoyduğu vurğulanıb.
ABŞ Prezidenti Trump da Twitter vasitəsilə etdiyi açıqlamda Brian Krzanich-ə təşəkkür edərək, "7 milyard dollar Amerikada innovasiya və məşğulluq üçün ecazkar bir investisiyadır" ifadəsini istifadə edib.
Intel, bazar ertəsi günü, Donald Trumpın 7 İslam ölkəsinə tətbiq etdiyi viza və ölkəyə giriş qadağasına qarşı hüquqi təşəbbüs göstərən 97 Amerikalı şirkətin hazırladığı birgə bəyanata imza atmışdı.
Bəyanat, Trump-ın viza qadağasının Amerikalı şirkətlərə əhəmiyyətli dərəcədə zərər verəcəyinə diqqəti çəkmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






