Kondisioner, paltaryuyan və soyuducu idxalı kəskin artıb
2018-ci ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,5% artaraq 49756 ədəd təşkil edib.
"Marja" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 12 milyon 637,2 min dollar məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 57%)”, - deyə məlumatda bildirilir.
Yanvar-may aylarında Azərbaycana 23 milyon 624 min dollar (azalma 21,5%) dəyərində 137,5 min ədəd (azalma 2,3%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 55,6% artaraq 71401 ədəd təşkil edib. İdxalın ümumi dəyəri 12 milyon 767 min dollar (artım 64,5%) təşkil edib.
Yanvar-may dövründə 9889 ədəd məişət soyuducusu idxal edilib. Soyuducuların idxalı 2,4 dəıfə artıb. Məişət soyuducularının idxalına 2 milyon 882,6 min dollar xərclənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
10 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
-
17 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Ən çox oxunanlar
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib























