300 ailə üçün məhəllə 23,5 milyona başa gələcək - MÜQAVİLƏLƏR
Zəruri sosial-texniki infrastrukturu olan, 300 ailənin yerləşdiriləcəyi məhəllə dövlətə 23 milyon 482 min manata (13,8 milyon dollar) başa gələcək.
"Marja" xıbır verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün yaşayış binalarının, ümumtəhsil məktəbinin tikintisi və zəruri infrastrukturun yaradılması haqqında 23 milyon 482,736 min manat dəyərində 4 müqavilə imzalayıb.
Müqavilələrdə 72 və 162 mənzildən ibarət 3 doqquz mərtəbəli yaşayış binasının, eləcə də 220 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi nəzərdə tutulur.
Ən iri müqavilə "As İnşaat-N" şirkəti ilə imzalanıb. Müqavilədə 162 və 72 mənzildən ibarət 2 doqquz mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri 14 milyon 16,223 min manatdır.
"Diadem" şirkəti ilə 72 mənzildən ibarət 9 mərtəbəli yaşayış binasının və 220 şagird yerlik məktəbin tikintisi haqqında 6 mln. 405, 474 min manat dəyərində müqavilə imzalanıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bundan başqa, rayonda yol infrastrukturunun tikintisi, abadlıq işləri və sosial-texniki infrastrukturun mühəndis hazırlığı "R-Servis ltd" və "Azəraqrartikinti" şirkətləri tərəfindən həyata keçiriləcək. “R-Servis ltd” şirkəti ilə 728,945 min manat, “Azəraqrartikinti” şirkəti ilə 2 milyon 332, 094 min manat dəyərində müqavilə bağlanıb.
| Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
|
12 | Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu | «R-Servis» LTD MMM | Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində qaz təchizatı və yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri | 728 945,87 | 2018-07-10 |
13 | Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu | «Diadem» MMC | Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 72 mənzilli 3 №-li yaşayış binasının və 220 şagird yerlik məktəb binasının tikintisi | 6 405 474,01 | 2018-07-10 |
14 | Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu | «Azəraqrartikinti» ASC | Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici, sahədaxili elektrik təchizatı şəbəkəsinin və su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi | 2 332 094,05 | 2018-07-10 |
15 | Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu | «As İnşaat-N» MMC | Baki şəhəri, Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 72 mənzilli 1№-li və 162 mənzilli 2 №-li yaşayış binalarının tikintisi | 14 016 223,06 | 2018-07-10 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
-
16 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
49 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub


























