UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb
UNEC-in Zaqatala filialı 2018/2019-cu tədris ilinə yeniliklərlə start verəcək.
Universitetdən "Marja"ya daxil olmuş məlumata görə, Zaqatala filialına yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupunu seçən abituriyentlər informasiya texnologiyaları ixtisası üzrə əyani təhsil ala biləcəklər. II qrupda isə ixtisasların sayı artırılıb. II ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi, turizm və otelçiliklə yanaşı, menecment, marketinq ixtisasları da tədris olunacaq.
Tələbə və valideynləri sevindirəcək daha bir yenilik isə Zaqatala filialında təhsil haqları ilə bağlıdır. Belə ki, filialda ixtisaslar üzrə təhsil haqları qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb. Filiala qiyabi qəbul planında və keçid ballarında da dəyişikliklər olunub. Filiala keçid balları azaldılıb.
Yeni tədris ilindən Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə Elektron Universitet Modeli tətbiq olunacaq. Biliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmin olunması üçün isə imtahanlar elektron qaydada mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq. Filialda tələbələrin stimullaşdırılması, sağlam rəqabət mühitinin yaradılması məqsədilə ötən tədris ilində olduğu kimi, bu il də imtahanlarda ən yüksək nəticə göstərən tələbə təhsilini bir semestrlik Bakıda davam etdirə biləcək.
Eyni zamanda imtahanlarda ən yüksək nəticə göstərən 3 tələbəyə 100 AZN məbləğində xüsusi təqaüd veriləcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
56 d. əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
Ən çox oxunanlar
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















