Azər Türk Bankdan ad günü münasibətilə möhtəşəm kampaniya
(®) 2018-ci il iyul ayının 11-də dövlət bankı Azər Türk Bank-ın fəaliyyətinin 23 ili tamam olur. Bununla əlaqədar olaraq, Bank “Bizimlə yüksəl” adlı yeni kampaniyaya start verir.
9-31 iyul tarixləri arası 23 gün davam edəcək kampaniya çərçivəsində Bankın mövcud və potensial müştəriləri xüsusi güzəştlərlə pərakəndə bank məhsulları əldə edə biləcəklər.
Belə ki, kampaniya müddəti ərzində milli valyutada cəlb edilən bütün növ əmanətlərin faizləri 1,1% artırılır. Kampaniya zamanı müraciət edən müştərinin ad günü iyul ayına təsadüf edərsə, həmin şəxsin milli valyutada qoyduğu bütün növ əmanətlər üzrə faiz dərəcələri 1,5% artırılacaqdır.
Bundan əlavə, istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı ad günü iyul ayında olan müştərilərdən komissiya (1%) tutulmayacaq.
Plastik kartın alınması üçün müraciət edən iyul doğumlu müştərilərə isə Bank tərəfindən MC Gold kartı hədiyyə edilir.
23-cü ildönümünü qeyd edən Azər Türk Bank plastik kart əldə etmək istəyənlər üçün misilsiz endirimlər təklif edir. Kampaniya müddətində MC Gold və MC Platinum kartlarını sifariş edən şəxslər qiymətin yalnız 23 faizini ödəyəcəklər. Qeyd edək ki, plastik kartları banka gəlməklə, yaxud http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək mümkündür.

Kampaniya haqqında daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















