4 ayda qeyri-neft məhsullarının ixracı yarım milyard manata çatmır
 
 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 94 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 milyard 318,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 292,7 milyon dollar, idxalın dəyəri 3 milyard 26,1 milyon dollar təşkil etmiş, nəticədə 3 milyard 266,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8 faiz, real ifadədə isə 3,3 faiz, o cümlədən ixrac 2,2 faiz, idxal 5,7 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,7 faizini İtaliyaya, 9,2 faizini İsrailə, 7,4 faizini Türkiyəyə, 5,5 faizini İndoneziyaya, hər biri 4,9 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Almaniyaya, 4,4 faizini Çexiyaya, 3,7 faizini Kanadaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və İspaniyaya, 3,0 faizini Avstriyaya, 2,9 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, hər biri 2,5 faiz olmaqla Ukrayna və Hindistana, qalan 15,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,5 faizi Türkiyə, 10,1 faizi Çin, 7,8 faizi Almaniya, 4,7 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,1 faizi Belarus, 2,9 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 28,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-aprel aylarında 485,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3 faiz, real ifadədə isə 11,4 faiz çoxdur.
2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 60,7 faiz, meyvə və tərəvəz şirələri – 16,2 faiz, kartof – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 24,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,0 faiz, polietilen – 9,6 faiz, emal olunmamış alüminium – 9,1 faiz, qara metallardan borular – 19,0 faiz, pambıq ipliyi – 32,2 faiz, bentonit gili –19,8 faiz artmış, təzə tərəvəz ixracı 12,8 faiz, şəkər – 42,2 faiz, tütün – 17,9 faiz, çay – 6,8 faiz, bitki yağları – 18,3 faiz, pambıq lifi – 9,6 faiz, qara metallardan yarımfabrikatlar – 88,5 faiz azalmışdır.
2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı 56,3 faiz, bitki yağları – 60,1 faiz, təzə meyvə – 48,9 faiz, çay – 16,6 faiz, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 3,0 dəfə, polad prokatı – 8,4 faiz, mineral gübrələr – 3,4 dəfə, mebel – 2,3 dəfə, qara metallardan çubuqlar – 21,3 faiz, hesablama maşınları, blok və qurğuları – 6,3 faiz, rezin şinlər – 7,3 faiz, polietilen – 63,8 faiz, paltaryuyan maşınlar – 62,5 faiz, yük avtomobilləri – 78,0 faiz, sement və sement klinkerləri – 2,2 dəfə, məişət soyuducuları – 2,4 dəfə artmış, siqaret idxalı isə 10,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 18,1 faiz, kartof – 11,6 faiz, quş əti və onun əlavə məhsulları – 13,3 faiz, xam şəkər və şəkər – 81,3 faiz, mal əti – 17,3 faiz, təzə tərəvəz – 51,9 faiz, qara metallardan künclüklər – 16,7 faiz, məişət kondisionerləri – 9,0 faiz, avtobuslar – 11,5 faiz azalmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     2 d. əvvəl
                    Dövlət Neft Fondunun müavini Çin şirkətinin sədrilə görüşüb, razılığa gəlinib 
- 
                           
- 
                     19 d. əvvəl
                    Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib 
- 
                     45 d. əvvəl
                    Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq 
- 50 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 
                     1 saat əvvəl
                    Ötən il ixracı sıfır səviyyədə olan 3 şirkət bu il ilk 10-luğa daxil olub 
- 1 saat əvvəl
- 
                     2 saat əvvəl
                    Azərkosmos-un peyk telekommunikasiya xidmətləri ixracından gəliri açıqlandı 
- 
                     2 saat əvvəl
                    Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Dövlət şirkəti 1 qramlıq qızıl külçələri satışa çıxardı
 
                                Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
Ən çox oxunanlar
 
                                Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi
 
                                Türkiyə turizmdə rekord gəlir əldə edib
 
                                İsrafil Məmmədov "Mubadala" ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib
 
                                Noyabrın 1-də gözlənilən hava şəraiti
 
                                İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
 
                                Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub - Qeyri-neft sektoru ixracı ilə bağlı yeni rəqəmlər
 
                                

 
                         
                    





 
                             
                             
                            




.jpg)

 
                                     
                                     
                                     
                                     
                                    
.jpg)


