Əmanət yerləşdirənə 2 kart veriləcək
Dövlət bankı Azər Türk Bank daha bir kampaniyaya start verib.
Bankın yaydığı məlumata görə, kampaniya müddətində Banka manatla əmanət qoyan fiziki şəxslər üçün güzəşt və hədiyyələr nəzərdə tutulub. Belə ki, daim müştəri məmnuniyyətinə önəm verən Azər Türk Bank bir qayda olaraq bütün növlər üzrə əmanət yerləşdirən müştərilərinə üçillik xidmət müddəti ilə bir ədəd plastik kart hədiyyə edirdisə, indi iki kart verəcəkdir. İkinci hədiyyə kart müştərinin arzusu ilə istənilən şəxsin adına və ya fərqli valyutada öz adına rəsmiləşdirilə bilər.
Digər bir yenilik isə əmanət qarşılığında kredit götürən şəxslərə aiddir. Yerləşdirilən əmanətlər üzrə kredit əldə etmək istəyən fiziki şəxslər üçün kredit heç bir komissiya tutulmadan rəsmiləşdiriləcək və birinci ay üzrə kreditə faiz hesablanmayacaqdır.
Kampaniya cari ilin 29 iyun tarixində bitir.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















