Klinika ödəyib, həkimlərdən yığacaq – 100-250 MANAT
Azərbaycanda həkim səhvinə görə yaranan zərərlərin kompensasiyası üçün həkimlərin peşə məsuliyyətinin icbari sığortasının tətbiqi nəzərdə tutulur.
Həkim səhvi günümüzün aktual problemlərindən biridir. Belə səhvlərə görə, xəstələr sağlamlıqlarına qovuşa bilmir, yeni xəstəliklər yaranır və ya xəstə vəfat edir. Əksər hallarda xəstə və onun yaxınları vurulan ziyana görə maddi kompensasiya ala bilmirlər. Həkimlərin peşə məsuliyyətinin icbari sığortası ilə həkim səhvindən əziyyət çəkən kütlənin kompensasiyaya əlçatanlığının artırılması hədəflənir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli “Marja”ya bildirdi ki, həkimlərin peşə məsuliyyətinin icbari sığortası haqqı klinikalar tərəfindən sığorta şirkətinə ödəniləcək və sonra həkimlərdən yığılacaqdır:
“Biz dünya təcrübəsini araşdırmışıq. Müzakirələrdə yekunlaşdırdığımız model bundan ibarətdir ki, xəstəxana və klinikalar sığorta haqlarını həkimlərdən toplasınlar. Sığorta şirkətilə müqaviləni klinikanın bağlaması nəzərdə tutulur. Yəni, klinika sığorta haqlarını ödəyir, sonra onu həkimlərdən geri alır. Azərbaycanda həkimlər bir neçə klinikada işləyə bilir. Çox hallarda belədir. Ona görə sığorta haqlarının klinikanın hesabına ödənilməsi çətinlik yaradacaqdı. Biz düşünürük ki, həkimin əsas iş yeri hansı klinikadadırsa, həmin klinika sığorta haqqını ödəyib, sonra həkimdən geri alacaqdır”.
Mustafa Abbasbəyli qeyd etdi ki, həkimin ödəyəcəyi sığorta haqqı onun göstərdiyi fəaliyyətdən və məsuliyyətindən asılı olacaqdır: “Məsuliyyətin dərəcəsindən asılı olaraq 4 kateqoriya məyyən olunub. Ən çətin və məsuliyyətli əməliyyatları həyata keçirən həkimlər birinci kateqoriyaya, məsuliyyəti ən az olan həkimlər isə 4-cü kateqoriyaya aid edilir. Layihəyə görə, sığorta haqları 1- 4-cü kateqoriyalar arasında illik 100-250 manat civarında nəzərdə tutulur. Ən məsuliyyətli işi görən həkimlər daha yüksək sığorta haqları ödəyəcəklər. Bu rəqəmlər müzakirələrdə dəyişə də bilər. Sığorta ödənişləri, yəni zərərçəkənin alacağı kompensasiya isə 10 min manatdan 25 min manatadək dəyişir”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Mustafa Abbasbəyli, “Təklif demək olar ki, formalaşıb və bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Paltasına göndərilməsi nəzərdə tutulur. Təklif növbəti mərhələdə hökumətdə müzakirə olunacaqdır”- əlavə etdi.
ASA-nın sədri vurğuladı ki, klinika istənilən sığorta şirkətilə müqavilə bağlaya biləcəkdir.
“Həkim səhvinə görə xəstə zərər çəkərsə və ya vəfat edərsə kompensasiya ödəniləcəkdir. Bu sığorta növü sosial layihədir. Məqsəd həkim səhvindən əziyyət çəkən kütlənin kompensasiyaya əlçatanlığının artırılmasıdır”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 3 saat sonra
-
-
13 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
14 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
14 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
15 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb




























