"Qeyri-neft gəlirləri büdcə daxilolmalarının 52%-ni təmin edib”
2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirlərini 8 mlrd. 633 mln. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur.
Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib.
“2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 517 mln. manat təşkil edib və 98,5% icra olunub. Bununla belə, büdcənin qeyri-neft gəlirləri 8 mlrd. 633 mln. manat və ya bütün büdcə gəlirlərinin 52,3%-ni təşkil edib”, - A.Bayramov Mlii Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləniclasında 2017-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə neftin qiymətinin 2016-cı ildən yüksək olması hesabına Azərbaycanda makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin eidlib. Xüsusilə, 2017-ci ildə bir barel neftin orta qiyməti 53 dollar təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 23,3% çoxdur.
A.Bayramov qeyd edib ki, bu cür əlverişli vəziyyət xarici ticarət dövriyyəsinin 12,3% artımına təsir edib, 2017-ci ildə xarici ticarətdə profisit 6,7 mlrd. dollar təşkil edib.
Nazir müavini vurğulayıb ki, 2017-ci ildə büdcənin gəlirləri strukturunda 6 mlrd. 974 mln. manat Vergilər Nazirliyi, 2 mlrd. 609 mln. manat Dövlər Gömrük Komitəsi, 6 mlrd. 100 mln. manat Dövlət Neft Fondundan transfertlər, 250 mln. manat Mərkəzi Bankdan mənfəət, qalanı digər gəlirlərin payına düşüb.
A.Bayramov bildirib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri 17 mlrd. 596 mln. manat təşkil edib və 98,1% icra olunub.
Xərclərin strukturunda 10 mlrd. 906 mln. manat (bütün xərclərin 62%-i) cari, 5 mlrd. 175 mln. manat (29,4%-i) əsaslı, qalanı dövlət borcunun xidmətinin payına düşüb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Nazir müavini bəyan edib ki, 2017-ci ildə büdcənin bütün xərclərinin 15,9%-i (2 mlrd. 804 mln. manat) müdafiə sahəsinə yönəldilib.
Onun sözlərinə görə, ötən il 70 mln. manat müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması, 36 mln. manat icbari tibbi sığortanın pilot titbiqi, 356 mln. manat Prezidentin Ehtiyat Fondundan layihələrin və Nazirlər Kabinetinin maliyyələşdirilməsi, 150 mln. manat sosial ipoteka və sosial mənzil tikintisi, 546 mln. manat Əmanətlərin Sığortalanması Fondu (ADİF) ödənişsiz köçürülüb.
2017-ci ildə dövlət büdcəsinin kəsiri 1 mlrd. 78 mln. manat və ya ÜDM-in 1,5%-ni təşkil edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
-
13 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















