Unibankdan yeni xidmət: Bütün bank kartları Unibank Mobile-da!
Unibank ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər üçün Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalanmaq imkanı yaradıb.
Sizin əmək haqqı kartınız Unibankda deyil, başqa bankda olsa belə, bank xidmətlərindən elə olduğunuz yerdə, öz telefonunuzda istifadə edə bilərsiniz. Bunun üçün sadəcə telefonunuza Unibank Mobile mobil əlavəsini yükləməyiniz və maaş kartınızı ora əlavə etməyiniz kifayətdir. Mobil əlavənin “digər bankın kartını əlavə etmək” bölümünə digər bank kartınızı (əmək haqqı, kredit və ya debet kartınızı) daxil edin, 24/7 bank xidmətlərindən faydalanın!
Öz bank kartınızı Unibank Mobile əlavəsinə daxil etmək, sizə hansı imkanları yaradır?
- Bütün kommunal, internet, mobil və digər ödənişlərinizi öz telefonunuzdan etmək və bunları şablon kimi programın yaddaşında saxlamaq;
- Ödəniş şablonlarınızı Avtoödənişə qoşmaqla vaxtınıza qənaət etmək;
- Hökumət ödənişlərini (VN, DSMF, DİN, İpoteka və Kredit Zəmanəti Fondu, Dövlət Miqrasiya Xidməti, İcbari Sığorta bürosu) burdan həyata keçirmək;
- Karta və hesablara köçürmələr etmək;
- Dostunuza pul göndərmək;
- Kartınızla etdiyiniz əməliyyatlara görə bonuslar qazanmaq;
- Mobil əlavədən edilən ödənişlərin tarixçəsinə baxmaq;
- Kredit ödəmək;
- Unibankda olan depoziti artırmaq;
-Unibankın xidmətlərindən Mobil əlavədə daha güzəştli istfadə etmək.
Beynəlxalq və yerli monitorinq şirkətlərinin araşdırmalarına əsasən, Azərbaycanın ən çox yüklənən bank əlavəsi seçilən Unibank Mobile istifadəçilərinin sayı hazırda 150.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərindən öz telefonunda istifadə imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
Siz də mobil telefonunuza Unibank Mobile yükləyin , öz maaş kartınızı əlavə edərək, 100 minlərlə Unibank müştərisi kimi olduğunuz yerdə, 24/7 bank xidmətlərindən istifadə imkanı qazanın!
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank Mobile- bankdan daha yaxın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat əvvəl
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
16 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
16 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















