Sarımsaqdan yaxşı mənfəət götürən fermer əkini 8 hektar artırıb
Üçüncü ildir ki, Salyanda sarımsaq bitkisi becərilir.
Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, bu mövsüm rayonda ümumilikdə 29 hektar sahədə sarımsaq əkilib. Bunun da 25 hektarını Yenikənd kənd sakini, fermer Ələddin Fərəcov becərir. Əsasən yerli toxumdan istifadə edən fermer ötən il becərdiyi 17 hektar sarımsaq sahəsinin hər hektardan 10 ton məhsul götürməklə 170 ton məhsul istehsal edib. Məhsuldan yaxşı mənfəət götürən fermer bu il əkin sahəsini genişləndirərək 25 hektara çatdırıb.
Hazırda sarımsaq sahəsində becərilmə işləri aparılır. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişir. Torpaq sahibinin dediyinə görə 20-25 gündən sonra məhsul yığımına başlayacaq. İstehsalçısı ötən il olduğu kimi bu il də məhsulu Rusiya bazarlarına göndərəcək. O, bunun üçün sifariş aldığını deyir.
Qeyd edək ki, Ə.Fərəcov növbəti ildə əkin sahəsini 30 hektara çatdırmaq fikrindədir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 d. əvvəl
-
24 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
32 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
56 d. əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
2 saat əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Ən çox oxunanlar
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























