Bank seyfləri qiymətli kağızlar və qiymətli əşyaların ən etibarlı yeridir
Məzuniyyət mövsumü yaxınlaşdıqca istirahətin xaricdə keçirilməsi mövzusu da aktuallaşır.
Lakin eyni zamanda, səfər müddətində qiymətli kağızlar və digər bahalı əşyaların harada saxlanılması sualı ortaya çıxır. Bu suala cavab olaraq, Bank Respublika depozit seyflərindən istifadə etmək təklifini verir.
Xidmət münasib qiymətlə təklif olunur və bank seyflərindən istifadə etdikdə səfəriniz bitincə qiymətlilərin qorunması haqqında narahatçılığa belə dəyməz. Seyflərin icarə müddəti və ölçülərindən asılı olaraq, tariflər 30-80 manat arası dəyişir. Bank seyflərini 1 aydan 12 ay müddətinədək icarəyə götürmək olar.
Bank Respublika-da bank seyf icarəsinin bir sıra üstünlükləri var:
- Azərbaycanda ilk dəfə 9-cu müqavimət dərəcəsi ilə beynəlxalq sertifikatlaşdırma institutu tərəfindən sertifikatlaşdırılmış depozitari
- Daimi peşəkar mühafizə, depozitarinin zirehli qapısı, siqnalizasiya və yanğın əleyhinə sistem
- Almaniyanın “Steinbach & Vollmann” şirkətinin yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidləri
- Saxlanılan qiymətlilər haqqında məlumatın tələb edilməməsi və bank sirri
- Bank seyfinin istənilən müddətə icarəsi
- İcarə müddətindən asılı olaraq güzəştli tariflər
Depozitaridə əşyaların saxlanılmasına zəmanət onunla da təsdiqlənir ki, seyf qutularını eyni zamanda iki açarla açmaq olar. Açarlardan biri müştəridə, digəri isə bankda saxlanılır.
Depozit seyflərində qiymətlilərin saxlanılmasının şərtləri haqqında daha ətraflı məlumatı bankın saytından əldə etmək olar.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
16 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
28 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
42 d. əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
1 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
2 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü

























