Mərkəzi Bank reklam agentini seçir -TENDER
Rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə zəruri təbliğat və təşviqat materiallarının hazırlanması və kampaniyanın keçirilməsi üçün reklam agentinin seçilməsi üzrə TENDER ELANI
1. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması” üzrə nəzərdə tutulmuş tədbirin icrası məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı zəruri təbliğat və təşviqat materiallarının hazırlanması və kampaniyanın keçirilməsi üçün reklam agentinin seçilməsi ilə bağlı açıq tender keçirir.
Tender təklifləri zərflərinin açılış proseduru 13 iyun 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət; - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 30 iyul 2018-ci il tarixinədək qüvvədə olmalıdır). Xarici iddiaçılar tərəfindən əlavə olaraq ingilis dilində də verilə bilər;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
- son 1 (bir) il üzrə maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- Tenderin Əsas şərtlər toplusunda göstərilən digər məlumatlar.
3. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi meyarları: maliyyə təklifi və şirkətin təcrübəsi (portfeli).
4. Xidmətin göstərilməsinə başlanılması və yerinə yetirilməsi müddəti – tender üzrə müqavilə imzalandığı gündən 31 dekabr 2018-ci il tarixinədək.
5. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 12 iyun 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 1 iyun 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
6. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı: Hesab №: AZ25NABZ01701190000000001944, kod: 501004, VÖEN: 9900071001, Müxbir hesab: AZ74NABZ01451700000000001944 SWIFT kod: NABZAZ2C. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Müxbir bank: USD correspondent bank: Deutcshe Bank Trust Company Americas New York, NY US, BKTRUS33 Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X, acc. 04419124 Internal account name and number: Account for tender incomings, AZ25NABZ01701190000000001944
7. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın inzibati binasından Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu əldə edə bilər. Əlaqələndirici şəxs: Bəxtiyar Verdiyev (Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı). Telefon: +994124931122 (346), elektron poçt ünvanı: [email protected]. Tender komissiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
14 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
15 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
15 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu























