Azərbaycanda ilk Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçiriləcək
17-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda forum keçiriləcək.
Forumda IT və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri:
-Avropa Banklar Federasiyası - Maliyyə bazarları siyasətləri üzrə məsləhətçi, Blokçeyn qrupunun rəhbəri Daniele De Gennaro;
-“Nyu York Mellon Bankı”- İnkişaf etməkdə olan bizneslər və strukturlaşma üzrə direktor, blokçeyn texnologiyası üzrə rəhbər Boris Spremo;
-Cisco Systems Inc - Region üzrə kibertəhlükəsizlik eksperti Meyram Burataev
-“KPMG” Rusiya - İnformasiya Riskləri Menecmenti Qrupunun Baş meneceri Andrey Drozdov;
-“KPMG” - Moskva ofisinin nümayəndəsi Nikolay Leqkodimov;
-“Yapı Kredi Texnologiya” - Tədqiqat, inkişaf və xüsusi layihələr üzrə rəhbər Seçil Arslan;
-“VeriPark” - Müştəri Xidmətləri üzrə rəhbər Görkem Gökçe;
-“Garanti Bank”- Rəqəmsal Bankçılıq üzrə Təhlükəsizlik direktoru İzzet Mehmet;
-“Banklararası Kart Mərkəzi” Türkiyə - Baş informasiya təhlükəsizliyi inzibatçısı Bülent Muşlu;
-“SWIFT” Moskva ofisi - Hesablar üzrə direktoru Pavel Prokudin;
-“ZiraatBank Türkiyə” - Fırıldaqçılığa qarşı monitorinq üzrə vitse-prezident Məhəmməd Batır;
-“Prima” Menecment Konsaltinq şirkəti - IT İdarəetmə və İnformasiya Təhlükəsizliyi üzrə Tərəfdaş, CGEIT, CISA, CISM, CRISC İnformasiya sistemlərinin təhlükəsizliyi üzrə qiymətləndirici İlqar Əliyev;
-İT Təhlükəsizliyi və Auditi - müstəqil ekspert Kənan Əliyev;
-“Azerconnect” - Biznesin Davamlılığı üzrə Ekspert Əşrəf Həsənov;
Forum maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaların müzakirə edilməsini nəzərdə tutur. Məqsəd maraqlı tərəflərin bu yeniliklər barədə geniş məlumatlandırılması, maliyyə qurumları və digər təşkilatların innovasiyalara dair vizyonunun formalaşdırılmasına dəstək və yeni texnologiyaların cari fəaliyyətlərində tətbiqi imkanlarının araşdırılmasıdır.
Üç paneldən ibarət olan forumda blokçeyn və kriptovalyutalar sahəsində Avropa və ABŞ trendləri, yeni imkanlar və yeni risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri, ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular və xarici ölkərlərin təcrübələri əhatə olunacaq.
Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbər nümayəndələri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, akademik dairələrin Forumda iştirakı gözlənilir.
Forum barədə ətraflı məlumatı almaq və qeydiyyat üçün bu keçiddən istifadə edə bilərsiniz: http://gbmevents.az/blockchain2018/
Əlaqə məlumatları: Azərbaycan Banklar Assosiasiyası, tel. + 99412 497 15 15, e-poçt: [email protected]
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 d. əvvəl
- 5 d. əvvəl
-
-
6 d. əvvəl
"Azərbaycan Biznesinin İnkişafı Fondu" güzəştli kreditləşməni 66 %-dən çox artırıb
-
7 d. əvvəl
Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb
-
10 d. əvvəl
Ələt-Osmanlı dəmir yolu xətti üzrə işlərin təxminən yarısı tamamlanıb
- 11 d. əvvəl
-
12 d. əvvəl
"Güzəştli mənzil" sistemi ilə ötən il 1000-dən çox mənzil rəsmiləşdirilib
- 13 d. əvvəl
-
22 d. əvvəl
Dəmir filizi qiymətləri artır: Son iki ayın ən yüksək səviyyələri test edilib
-
29 d. əvvəl
Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb
-
1 saat əvvəl
İran müharibəsi fonunda dollar güclənir, yen 20 ayın minimumuna düşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ötən il 60 milyon manata yaxın gəlir əldə edib
Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb
Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb
Azərbaycan neftinin son qiyməti
ABŞ Rusiya neftinin alınmasına müvəqqəti icazə verdi
Rəsmi məzənnələr açıqlandı
“Məişət Malları” şirkətinin gəlirləri 2 dəfədən çox azalıb




























